"BMT Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlıdır" BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi

Müsahibələr 16:34 05.01.2018

BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai Caspian News-a özəl müsahibə verib. Eurasia Diary müsahibənin tam mətnini oxucularına təqdim edir. 

- BMT 1992-ci ildən Azərbaycanla BMTİP, YUNESCO, ÜST, YUNİSEF, DƏP, UNEP, YNFPA və s. kimi proqramlar vasitəsilə Azərbaycanla əməkdaşlıq edir. Bundan əlavə Azərbaycan BMT davamlı inkişaf məqsədlərinin yerinə yetirilməsi istiqamətində işlər görür. Azərbaycanla dərin əməkdaşlıq BMT üçün nə kimi fayda verir?

- Bizim üçün önəmli olan Azərbaycanı yoxsulluğun olmadığı, səhiyyədə hər hansı problemin olmadığı, ətraf mühitin davamlı inkişaf etdiyi çiçəklənən ölkə kimi görməkdir. Biz buna görə buradayıq.

Bizim əməkdaşlığımız üç mərhələyə bölünür. Əməkdaşlıq qurduğöumuz il təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin yarandığı il ilə üst-üstə düşdü. Buna görə də, Azərbaycana olan yardım humanitar sahədə idi. Biz qaçqın və məcburi köçkünlərə yardım edirdik. Həmin dövrdə Azərbaycan indiki kimi inkişaf etməmişdi, ona görə də BMT-nin verdiyi töhfələr daha çox hiss olunurdu. Biz Azərbaycana kömək etdiyimiz üçün qürür hissi keçiririk.

Münaqişə bitəndə deməzdim ama vəziyyət stabilləşdiyi zaman biz institusional quruculuq işlərini başlatdıq. Biz Azərbaycan hökumətinə dəstək verir və dövlət qulluqçuları üçün təlimlər təşkil edirdik. Bu bizim dəstəyimizin ikinci fazası idi.

Sonra 2000-ci ildə BMT dövlətlərin çatmalı olduqları Minilliyin İnkişaf Məqsədlərini qəbul etdi. Azərbaycan da eyni zamanda yoxsulluğun, aclığın, ana və uşaq ölümlərinin azaldılması və ekoloji inkiişafın təmin olunacağına dair vəd verdi. Beləliklə bizim dəstəyimiz daha uzunmüddətli əmədaşlığa çevrildi. Biz Azərbaycana 2000-ci ildən 2015-ci ilə kimi 15 il müddətində bütün bu məqsədlərə çatmaq üçün yardım etdik. Bu dövrə nəzər salanda Azərbaycanın çox şeyə nail olduğunu da anladıq.

Mən deməzdim ki, bütün bunlar yalnız BMT-nin dəstəyilə mümkün olub. 2016-cı ildə biz hökumətlə beş illik əməkdaşlığa dair müqavilə imzaladıq. Hazırda biz bu müqavilənin icrasının üçüncü ilindəyik. Ümid edirik ki, 2020-ci ilə kimi Azərbaycana kifayət qədər texniki dəstək verə biləcəyik. Bunun mərkəzində isə Davamlı İnkişaf Məqsələridir ki, biz Azərbaycanın buna nail olmasını istəyirik.

None

Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinə dair 2015-ci ilə kimi üzərinə düşən öhdəlikləri uğurla həyata keçiririb. İndi Bakı Davamlı İnkişaf Məqsələrinə çatmaq kimi hədəfi var. Azərbaycandan nə kimi gözləntiləriniz var?

- Düşünürəm ki, Aazərbaycan çox şeyə nail olub. İcazə verin sizə Minilliyin İnkişaf Məqsədləri və Davamlı İnkişaf Məqsələri arasında olan fərqi izah edim. Davamlı İnkişaf Məqsələri bir çox istiqamətlərdə digərindən fərqlənir. Məsələn, bu məqsədlər daha hərtərəflidir. Minilliyin İnkişaf Məqsədlərində bizim yeddi məqsədimiz daxil idi; Davamlı İnkişaf Məqsədlərinə isə 17 məqsəd daxildir.

Başqa bir önəmli fərq universallıqdır. Minilliyin İnkişaf Məqsədlərinə ilk növbədə yoxsul ölkələrə, daha dəqiq desək, orta gəlirli nisbətən az inkişaf etmiş dövlətlərə nəzarətdir. Lakin Minilliyin İnkişaf Məqsədləri istər Almaniya, istərsə də Danimarka və ya ABŞ bu məqsədlərə  çatmaq üçün hər şey ediblər.

Azərbaycan Minilliyin İnkişaf Məqsədlərindən necə faydalana bilər? O bir sıra üsullarla bundan faydalana bilər. Məsələn, Azərbaycan qaz və neft sənayesindən çox asılıdır. Minilliyin İnkişaf Məqsədləri iqtisadiyyatını hərtərəfli etmək üçün Azərbaycana yardım edə bilər. İkincisi, biz alternativ enerjiyə, məsələn, günəş, külək və digər enerji növlərinə investisiya qoymağı təklif edirik. 50 illik neft sektoru 80 il ərzində və bəlkə də 100 ildən sonra mövcud olacaq. Əlavə olaraq, ölkə təmiz ətraf mühiti və karbon tullantılarını azaltmaq üçün qlobal səviyyədə səylər göstərilməsinə təsir edə bilər.

Biz hamımız etiraf edirik ki, Azərbaycan çox şeyə nail olub. Bu orta səviyyədə inkişaf etmiş dövlətdir. Ölkə daha çox fayda əldə edə  bilərmi? Əlbəttə edə bilər. Daha yüksək inkişafa nail olmaq üçün şərait həmişə olub. BMT Azərbaycana əsasən iqtisadiyyat sahəsində investisiya yatırmaqda yardım etmək üçün buradadır. Məsələn, səhiyyəyə, təhsilə, qadın və gənclərin hüquqlarına investisiya yatırmaq üçün, çünki, onlar gələcək nəsillərdir.

İndi icazə verin sizə hazırda nə ilə məşğul olduğumuzu izah edim. Ilk növbədə, baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi altında Davamlı İnkişafa dair Milli koordinasiya şurasının yaradılması barədə sərəncam verən Azərbaycan hökumətinə, şəxsən prezident İlham Əliyevin bu addımını qiymətləndirir və ona təşəkkür edirik. Bu şura Davamlı İnkişaf Məqsələrinə nail olmaqda hökumətin işini koordinasiya etmək üçün yaradılıb.

Azərbaycan və BMT yaxşı olan münasibətlərini necə daha da inişaf etdirə bilər?

- Biz gərək Azərbaycana 20-25 il bundan əvvəl olduğu vəziyyətindən çəıxış edərək yanaşmayaq. Azərbaycan hazırda orta gəlirli ölkədir. Ona edilən yardım məqsədyönlü və texniki olsun. Belə ki, Azərbaycan artıq humanitar yardıma ehtiyac duymur.

Deyərdim ki, töhvə verə biləcəyimiz bir neçə sahə var. Onlardan biri BMT davamlı inkişaf sahəsində qarşımızda duran Gündəlikdir. Bu o deməkdir ki, Azərbaycan bir sıra beynəlxalq müqavilərələr, bəyannamələr imzalayıb və onları icra etməyi öz öhdəsinə götürüb. BMT istər insan hüquqları, idarəçilik və ya ətraf mühit olmaqla öhdəlilərə uyğun olmaqda Azərbaycana yardım necə kömək edə bilər? Məsələn, Azərbaycan hökuməti ətraf mühitə dair Paris Bəyannaməsini imzalayıb. Bu nə deməkdir? Azərbaycanın beynəlxalq səviyyəli hədəflərə uyğunlaşması üçün ölkə qanunvericiliyinə daxil edilməli olan çox sayda protokol və dəyişikliklər mövcuddur.

Məhz bu məqamlar BMT üçün xüsusi önəm kəsb edir., çünki, bu sahədə təcrübəmiz var. Bizim dəstəyimiz təmənnasız, neytral və qərəzsizdir. Çünki, biz şirkət, hökumət və ya regional  təşkilat deyilik. Biz Azərbaycanın üzv olduğu qlobal təşkilatıq. Bizim dəstəyimiz neytral və

Biz burada ona görə deyilik deyək ki, “əgər bunu etsəniz biz sizə bunu verəcəyik”, və yaxud “əgər bunu etməsəniz, biz imtina edəcəyik”.

Azərbaycan prezidenti Əliyev oktyabrda Ermənistan prezidenti Sarkisyanla görüşdü. Bu hadisə son 20 ildə münaqişənin həll olunması istiqamətində atılan ciddi addım sayıla bilər. Sizin fikrinizcə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı “növbəti addımlar”ı qəbul etmək lazımdır?

- BMT münaqişənin sülh yolu ilə həllində çox maraqlıdır. Danışıqların aparıması üçün Minsk qrupu kimi xüsusi mexanizm mövcuddur. BMT  bu prosesi lap əvvəldən dəstəkləyir, çünki, bu BMT qətnamələrinin bir hissəsidir. Bizim Baş Katib  davam edən dialoq və danışıqların gərginliyin azaldılması və gələcəkdə mümkün ola biləcək zorakılıq hallarının qarşısının alınması baxımından çox yaxşı üsul olmasına aydınlıq gətirib. Belə ki, istənilən zorakılıq halı mənfi nəticələr doğura bilər. Biz uşaq və ya bir əsgər vaxud da ki, həlak olan bir insan artıq çox sayılır. Biz münaqişənin sülh yolu ilə həllinə inanırıq və hər iki tərəfi buna təşviq edirik.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı