Rusiya və Azərbaycan əməkdaşlığı inkişaf etdirirlər Udmurtiyalı professor Bakıya gəlib - FOTOLAR

Müsahibələr 18:26 29.03.2018

Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Udmurtiya Tarix, Dil və Ədəbiyyat İnstitutunun filologiya elmləri doktoru, professor, aparıcı elmi işçi Aleksey Arzamazov Bakıda rəsmi səfərdədir. O, Azərbaycana RF Udmurtiya Respublikasının paytaxtı İjevskdən Udmurtiya və Azərbaycan arasında humanitar sahədə əməkdaşlığı inkişaf etdirmək üçün gəlib. Bu barədə Eurasia Diary xəbər verir.

Məsələ burasındadır ki, 15 min nəfərdən ibarət azərbaycanlı icması Udmurtiyada böyük hörmət və nüfuza malikdir. Diaspora tədbirlər təşkil edərək Azərbaycan mədəniyyəti və dəyərlərini aktiv şəkildə təbliğ edir. Bundan başqa, İjevskdə artıq iki ildir ki, azərbaycanlı uşaqların ana dili, tarixi və mədəniyyəti öyrənmələri üçün dərnək fəaliyyət göstərir. İkitərəfli əlaqələrin yaxşılaşdırılması üçün Aleksey Arzamanovun Bakıya səfəri təşəbbüsünü məhz  "Dostluq" Udmurtiya Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev irəli sürüb.  

Udmurtiyalı professor Bakıda bir sıra rəsmi görüşlər keçirib. Bu məsələdə ona qonağın təşkilati məsələlərini koordinasiya edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti yardımçı olur. O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, deputat İsa Həbibbəyli, Azərbaycan Yazıçılar İttifaqının (AYİ) sədri, xalq yazıçısı Anar, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Tarix Elmləri İnstitutunun direktoru Məryəm Seyidbəyli, Cənubi Azərbaycanın İrandakı nümayəndələri ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində görüşüb. O, həmçinin, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakultəsində olub.

Eurasia Diary-ə verdiyi müsahibədə o bildirib ki, Azərbaycanla əlaqələri praktikada olduğu kimi təkcə Moskva üzərindən deyil, həm də Rusiyanın regionları və respublikaları vasitəsilə qurmaq lazımdır.

“Rusiya çox böyükdür. Adətən bütün əlaqələr Moskva üzərindən həyata keçirilir. Bütövlükdə götürsək, bu elə də düzgün deyil, çünki, ölkə böyükdür və bütün ərazisi boyu müxtəlif elmi, mədəni, humanitar mərkəzlər yerləşir”.  

Aleksey Arzamanov Bakıda sadəcə görüşlər keçirmədiyini vurğulayıb. Bu görüşlərin arxasında konkret layihələrdən ibarət müəyyən əməkdaşlıqlar durur.

“Mənim Azərbaycana səfərim dövlətlərimiz arasında əməkdaşlığın yaxşılaşdırılmasında gələcək fəaliyyətlər üçün başlanğıc nöqtəsi olacaq. Bir neçə gün öncə mən Cənubi Azərbaycanı təmsil edən iranlı qonaqlarla görüşdüm. Bizdə üç: azərbaycan, rus, udmurt dillərində ədəbiyyat antologiyası yaratmaq ideyası yarandı. Bu tarixdə ilk dəfə olacaq! Beləliklə, biz humanitar-mədəni əməkdaşlıq üçün konkret platformaların açıldığını müşahidə edirik”.

BAMF-ın prezidenti Umud Mirzəyevlə

Qonaq Rusiyada xüsusilə də, gənc nəslin Azərbaycan barədə təsəvvürünün olmamasına təəssüflənir. Onun  sözlərinə görə, yaşlı nəsil Sovet İttifaqı hüdudları daxilində yaşayıb, buna görə də bir çoxları Azərbaycanda olub, xidmət göstəriblər.

“Sovet İttifaqının dağılmasından 30 il keçib. Bir çox sahələrdə əlaqələr kəsilib. Biznes sahəsində əlaqələr nisbətən qorunub saxlanılıb, lakin humanitar sahədə demək olar ki, o yoxdur. Mənim üçün tədqiqatçı kimi yalnız mədəni əlaqələr deyil, həm də elmi əlaqələr çox önəm daşıyır. İstərdik ki, Azərbaycandan olan alimlərin işləri bizim elmi nəşrlərimizdə dərc olunsun, və biz öz məqalələrimizi Azərbaycanın elmi jurnallarında yerləşdirə bilək. Biz dil və mədəniyyət sahəsində elmi tədqiqat işlərinin aparılması, qrantların təşkili, milli dillərin öyrədilməsi metodikasınn işlənib-hazırlanması üzrə təcrübə mübadiləsində birgə layihələr planlaşdırırıq. Məsələn, bizim Volqaboyu xalqların dilləri - udmurt və tatar dilləri üzrə dərsliklərin hazırlanması sahəsində böyük təcrübəmiz var”.

Aleksey Arzamanov etiraf edib ki, Rusiyada çox az adam Dağlıq Qarabağ münaqişəsi barədə bilir. O bunun böyük haqsızlıq olduğunu düşünür.

“Bizim ümumiyyətlə Qarabağ haqqında məlumatımız yoxdur. Əlbəttə internetdə baxmaq və oxumaq olar, lakin bir qayda olaraq, açıq-aşkar subyektiv məlumata rast gəlinir. Mən rus dilində obyektiv məlumata, tarixi həqiqətə rast gıəlməmişəm. Dağlıq Qarabağ münaqişəsi barədə bu faciəni əks etdirən rus dilində kitablar dərc etmək və bütün Rusiya və dünyada yaymaq lazımdır. Hazırki vəziyyəti belə qoymaq olmaz”!

Bu Aleksey Arzamanovun Azərbaycana birinci səfəridir, buna görə də biz ondan təəssüratlarını soruşduq. O yalnız heyran qaldığını dedi.

“Heyrətamiz ölkədir. Çox gözəl şəhərdir. Qonaqpərvər insanlardır. Qədim mədəniyyətdir. Bu insanın gözünə sataşan ilk şeylərdir. Bizim üçün Azərbaycan ilk növbədə sovet dövrünün simvolları – Müslüm Maqomayev, Rəşid Behbudovdur. Sən demə, Azərbaycan mədəniyyəti təkcə bu dahi adlardan ibarət deyil. Şübhəsiz ki, Rusiyada müxtəlif səviyyələrdə Azərbaycanın çox maraqlı və Rusiaya dost ölkə olması barədə yazmaq və danışmaq lazımdır.

Udmurtiyalı alim əmindir ki, tərəflər bir-birlərini daha yaxşı tanımalıdır. O, həmvətənlərinin Azərbaycan haqqında daha çox bilməsi, azərbaycanlıların isə Udmurtiya və bütövlükdə Rusiya barədə bilməsi üçün maarifləndirici layihələrlə məşğul olmaq fikrindədir.

Aleksey Arzamanovun səfəri Azərbaycanın ən əsas bayramlarından biri olan Novruzla eyni vaxta düşüb. kə əhalisi baharın gəlişini və təbiətin oyanışını qeyd edir. O bunun bir məna daşıdığını anlayıb.

“Novruz "yeni gün" deməkdir”. Ola bilsin ki, nəsə yeni və maraqlı bir şey yaratmaq üçün yeni gün gəlib. Xalqın bu bayramı keçirməsində mən xalqın ruhunu hiss etdim. Bu bayram mənə məlum olmayan Azərbaycan mədəniyyətinə qapılar açdı”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, deputat İsa Həbibbəyli ilə görüşdə

Azərbaycan Yazıçılar İttifaqının (AYİ) sədri, xalq yazıçısı Anarla görüşdə

Tarix Elmləri İnstitutunun direktoru Məryəm Seyidbəyli ilə görüşdə

Tarix Elmləri İnstitutunun direktoru Məryəm Seyidbəyli ilə görüşdə

BDU-da

BDU-da

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Cənubi Azərbaycanın İrandakı nümayəndələri ilə görüşdə

Natalya Quliyeva

Foto: Samir Sadıhov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı