Putin Paşinyanı siləcək, yoxsa seçəcək? Kremlin şərti

Müsahibələr 10:13 29.04.2018

Ermənistanda mayın 1-də keçiriləcək baş nazir seçkiləri ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Rus deputatların Ermənistana səfər etməsində əsas məqsəd nədir?

- Rusiya deputatlarının Ermənistana səfəri və keçirdikləri görüşlər real siyasi vəziyyətin öyrənilməsi və Ermənistanın Rusiyadan başqa seçiminin olmadığı barədə xəbərdarlıq edilməsi məqsədi daşıyır. Bu məqamlar mətbuata sızan informasiyalardan da hiss olunur.

Moskva Ermənistanda vəziyyətin nəzarətə götürülməsi ilə bağlı düyməyə basıb. Bu, Putinlə Karapetyan arasında baş tutan telefon danışığında və Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasında da nəzərə çarpır. Putinlə Karapetyanın telefon danışığı barədə Rusiya prezidentinin rəsmi saytında yayılan məlumatda deyilir: “Danışıq zamanı qeyd olundu ki, Ermənistandakı böhran vəziyyəti istisnasız olaraq hüquqi müstəvidə, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilən legitim parlament seçkilərinin nəticələrinə əsasən həll olunmalıdır. Bu kontekstdə mayın 1-də parlament tərəfindən baş nazirin seçilməsinin vacibliyi də vurğulandı”.

Göründüyü kimi, Rusiya prezidentinin rəsmi saytında yayımlanan açıqlamada Moskvanın şərtləri açıq şəkildə ifadə olunur. Bu isə o deməkdir ki, Rusiya yalnız 2017-ci ilin aprelində keçirilən seçkilərin nəticələrini tanıyır. Kreml Ermənistanda etirazların davam etməsinin tamamilə əleyhinədir və mayın 1-də baş nazirin seçilməsi məsələsi Moskva üçün prioritet təşkil edir. Bu isə Putinin Karen Karapetyanın, yaxud Moskvanın maraqlarını təmin edən Kremllə razılaşdırılmış digər bir şəxsin namizədliyini dəstəkləməsi deməkdir.

- Rusiya niyə əvvəldən Ermənistandakı hadisələrə müdaxilə etmədi?

- Xatırlayırsınızsa, Sərkisyanın istefasından əvvəl keçirilən etiraz aksiyaları zamanı rəsmi Moskva bunu Ermənistanın daxili işi kimi qiymətləndirirdi. Bununla bağlı mesajlar Rusiya hakimiyyətinin sözçüləri Dmitri Peskov və Mariya Zaxarova tərəfindən Ermənistan ictimaiyyətinə çatdırılırdı. Həmin açıqlamalarla rəsmi Moskvanın bugünkü mövqeyini müqayisə etsək, belə anlaşılır ki, Rusiya Sərkisyanın istefaya gedişində maraqlı olub. Yəni Qarabağ kartı üzərində hakimiyyətini qoruyub saxlamağa çalışan, hətta Moskvanı Avropa İttifaqı ilə münasibətlərin inkişafı müstəvisində şantaj edə biləcək qədər irəli gedən Serj Sərkisyanın texnokrat Karen Karapetyanla əvəz olunmasının tərəfdarı olub. Lakin Nikol Paşinyanın gözlənildiyindən daha çox irəli getməsi və Karen Karapetyan da daxil olmaqla, bütövlükdə Respublika Partiyasının namizədinin baş nazir kürsüsünə yiyələnməsinin mümkünsüzlüyünü şərt kimi irəli sürməsi Moskvanın daha açıq reaksiya verməsinə gətirib çıxardı. Bu məqam Dmitri Peskovun son bəyanatında da özünü büruzə verir. Peskov deyir ki, Rusiya mayın 1-də Ermənistanda baş nazirin seçilməsini gözləyir və bu prosesi diqqətlə izləyir. Bu, kifayət qədər açıq şərt və mesajdır. Bütün bunlardan sonra çox güman ki, Kremlin Ermənistandakı bütün nüfuz müvəkkilləri hərəkətə gələcəklər.

- Rəsmi Moskva hadisələrin gedişinə uyğun Paşinyanla bağlı mövqeyini dəyişə bilərmi?

- Kreml hətta Paşinyanı seçmək məcburiyyətində qalsa da, bu, şərtlər çərçivəsində baş verəcək. Əks təqdirdə biz Ermənistanda prosesin qarşıdurma halına keçə biləcəyini müşahidə edəcəyik. Bu halda aksiyalar zamanı insan tələfatına səbəb olan bir neçə təxribat törədilə və təbii ki, “vətəndaşların təhlükəsizliyinin qorunması” adı altında hərbi müdaxilə baş verə bilər. Hazırda Ermənistanın hərbi komandanlığı da, təhlükəsizlik qüvvələri də Moskvadan veriləcək əmri gözləyirlər. Əgər Paşinyan Rusiyanın şərtləri altında baş nazir olmağa razılıq verərsə, o zaman növbədənkənar seçkilərə qədər onun ictimai dəstəkdən məhrum olması üçün bütün mümkün tədbirlər həyata keçiriləcək. Bu isə onun bir siyasətçi kimi məhvi deməkdir. Paşinyanın hakim komandadan olan hər hansı bir şəxsin namizədliyi ilə razılaşa biləcəyi də mümkün deyil. Çünki o, respublikaçılarla bağlı şərtlərini çox sərt və imperativ şəkildə irəli sürüb. Manevr üçün yer qoymayıb.

Üçüncü bir yol da var – Çarukyan Blokunun təmsilçisinin baş nazir olması. Bu halda isə növbədənkənar seçkilərədək etiraz elektoratını idarə edən qüvvələrin mümkün qədər neytrallaşdırılması üçün Moskva vaxt qazanacaq.

Qeyd: Bu müsahibə alınandan sonra ötən gün gecə saatlarında Respublika Partiyası 1 mayda baş nazir seçkisinə namizəd təqdim etməyəcəyini açıqladı. Çarukyan Bloku "xalqın namizədinə" səs verəcəyini, Daşnaksütyun isə Paşinyanı dəstəkləyəcəyini bildirdi.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı