"Azərbaycan parlamenti Azərbaycan xalqının demokratik ənənələrini təmsil edir" ÖZƏL

Müsahibələr 17:46 21.09.2018

Xəbər verdiyimiz kimi, bugün Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas keçirilib.

Eurasia Diary-nin verdiyi məlumata görə, Milli Məclisin inzibati binasında təşkil edilən yubiley mərasimində Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan və Oman Sultanlığı parlament sədrləri, həmçinin Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın isə parlament sədrlərinin müavinləri qatılıblar.

Ümumilikdə isə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb.

Təntənəli iclasda ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri də iştirak ediblər.

- Bu gün Azərbaycan parlamentinin 100 illiyi təmtəraqlı şəkildə qeyd olundu. Bu gün keçirilən tədbirlə bağlı hansı məlumatları verə bilərsiniz?

- Çox önəmli və möhtəşəm bir tədbir keçirildi. Tədbirə 50-dən çox dövlətin rəsmi nümayəndələri, müxtəlif dövlətlərin səfirləri, müxtəlif beynəlxalq təşkilatların rəsmiləri iştirak edirdilər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdə iştirak etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirdi.  

“Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var”, - deyən Prezident İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini vurğuladı. Burada qəbul olunan qanunların həyatımızın bütün sahələrini əhatə etdiyini və bizim qanunvericilik bazamızın ən yüksək meyarlara cavab verdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər.  

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı qeyd etdi ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir.   

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasının mümkün olmadığını, getdikcə ölkəmizin bütün sahələrdə gücünün artdığını, Azərbaycanın beynəlxalq səviyyədə, qonşu ölkələrlə uğurlu əlaqələr qurduğunu deyən prezident qeyd etdi ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırdı.

- Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bu günki tədbirdə maraqlı açıqlamalar verib. Bu açıqlamaya münasibət bildirə bilərsiniz?

- Əlbəttə, Binəli bəy Türkiyə rəhbərliyi adından bu tədbirdə iştirak edirdi. O qeyd etdi ki, “Biz ümumiyyətlə Azərbaycanı əcnəbi ölkə hesab etmirik”. Bu açıqlaması iki qardaş ölkənin bir-birinə olan xoş münasibətinin əyani sübutu idi. Həmçinin o, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiklərini bildirib. Ümumiyyətlə bugünki tədbirdə yalnız qardaş Türkiyə Respublikasının rəsmiləri deyil, bir çox əməkdaşlıq etdiyimiz dövlətlərin nümayəndələri bu məsələdə Azərbaycan mövqeyindən açıqlamalar verdilər.

- Günün əsas mesajı nə idi, sizcə?

- Günün əsas mesajını bütün dünyaya Azərbaycan Prezidenti İlham Əliyev verdi. O, Azərbaycan parlamentinin yalnız Azərbaycan üçün deyil, bütün müsəlman şərqi üçün bir ilk olmasını diqqətə çatdırmaqla Azərbaycanın qədimdən gələn demokratik ənənələrini diqqət mərkəzinə çəkdi. Bu Azərbaycana demokratiya dərsi keçməyə çalışan bəzi dövlətlərə çox önəmli mesaj idi.

- Azərbaycan parlamentinin dünəni və bu gününü necə dəyərləndirirsiniz?

- Azərbaycan parlamenti müsəlman şərqində ilk parlamentdir. Bu parlament nəinki müsəlman, dünya dövlətləri arasında qadınlara seçki hüququ verən ilk ali orqanlardan biridir. Azərbaycan parlamenti Azərbaycan xalqının demokratiya tarixini əks etdirir. Parlamentin bu gününə gəldikdə isə Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi bu gün Azərbaycanın daxili və xarici siyasətində Milli Məclisin əvəzsiz yeri var. Milli Məclis Azərbaycan xalqının hüquq və azadlıqlarının əsas təminatçısıdır.

Müsahibəni götürdü: Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı