Polkovnik Ramaldanov “Ambarsumyanın səhvi ondadır ki...” AKTUAL ŞƏRH

Müsahibələr 10:30 04.01.2019

“Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”.

Belə bir bəyanatla erməni hərbi ekspert Van Ambarsumyan news.am-a açıqlamasında çıxış edib. Onun iddiasına görə, 2018-ci ilin aprelindən bəri Azərbaycan təmas xəttinə quru qoşunlarını cəmləşdirir.

Eurasia Diary erməni hərbi ekspertin açıqlamasını şərh etmək üçün hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanova müraciət edib.

 

- Erməni ekspert Van Ambarsumyanın cəbhədəki mövcud vəziyyət və Azərbaycan ordusunun döyüş hazırlığı ilə bağlı açıqlamaları gündəmi zəbt edib. Bu məsələ ilə bağlı şərhinizi öyrənmək istərdik.

 

- Bəli, Ambarsumyan bəzi fikirlərində haqlıdır. Doğurdan da Azərbaycan ordusu cəbhə xəttində öz gücünü gün-gündən daha əyani şəkildə təzahür etdirir və ordunun hərbi-texniki təchizatını genişləndirir. Bu, Azərbaycan Prezidentinin əmri ilə həyata keçirilən bir işdir. Ali Baş Komandanın əmri ilə ordumuz tam döyüş hazırlığı vəziyyətinə gətirilir və burada əsas məqsəd Azərbaycanın özünümüdafiəsi, gərəkdiyi anda torpaqlarını işğaldan azad etmək üçün əlverişli vəziyyətdə olmasıdır.

Erməni ekspertin fikirlərindəki yalnış məqam ondan ibarətdir ki, o, Azərbaycan ordusunun yaz və ya yay aylarında hərbi əməliyyatlar aparmağa hazırlaşdığını qeyd edib. Peşəkar hərbçilər yaxşı bilirlər ki, belə məsələlər hərbi sirr hesab edilir və gizli saxlanılır. Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycan öz torpaqlarını sülh yoluyla qaytarmağa cəhd edir. Ancaq qarşı tərəfin qeyri-konstruktiv mövqeyi Azərbaycanı istəmədiyi bir işi görməyə vadar edə bilər. Düşmən Azərbaycan ordusunun gücünün fərqindədir və yaxşı bilir ki, belə bir mövqe onları uçuruma apara bilər.

 

- Qazax və Ağstafa rayonları ərazisində Ermənistanla sərhəd xəttinin mühafizəsinin Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi nə ilə bağlıdır?

 

- Bu, uzun zamandır düşünülən bir plan idi. Azərbaycan Prezidentinin qərarı ilə Ağstafa və Qazaxdakı sərhəd postları DSX-nin nəzarətinə verildi. Bu qərar əslində Ali Baş Komandanın sülhməramlı niyyətinin təzahürüdür. Çünki Dövlət Sərhəd Xidməti hücum deyil, müdafiə xarakterli strukturdur. Bu qərarla Azərbaycan bütün dünyaya bəyan edir ki, onun heç bir dövlətə qarşı aqressiyası yoxdur və heç bir dövlətin ərazisinə iddia irəli sürmür. Azərbaycanın yeganə məqsədi işğal altında olan ərazilərini azad etməkdir. DSX illərdir ona verilən bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir və həm şəxsi heyəti, həm də texniki təchizatı ilə digər sərhəd ərazilərini muhafizə etdiyi kimi, Ermənistanla olan sərhəddi də uğurla muhafizə edəcəyini düşünürəm.

 

- Son aylarda Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm və yaralanma hallarının sayı kifayət qədər artıb. Qarabağ klanı və onların yüksək rütbəli zabitləri hakimiyyətdən kənarlaşdıqdan sonra erməni ordusunda ciddi  nizam-intizam problemləri yaşanıb. Bunu necə dəyərləndirərdiniz?

 

- Ermənistan ordusunda baş verən problemlərin cəmiyyətdəki sosial və psixoloji durumla daha çox bağlılığı var. İllərdir, erməni gəncləri özlərinə aid olmayan torpaqlarda hərbi xidmət keçir və bəziləri burada dünyasını dəyişir, xəsarət alır. Xüsusən Aprel döyüşlərindən sonra erməniləri belə bir sual narahat etməyə başladı: “Axı biz niyə özgənin torpaqlarına görə ölməliyik?” Bu, Ermənistanda mütəmadi keçirilən aksiyalarda əsgər analarının və digər ictimai fəalların tez-tez səsləndirdiyi fikirlərdən biridir. Erməni gəncləri Qarabağda xidmət etmək istəmir və haqlı olaraq həyatlarını riskə atmaqdan qorxurlar. Ordunun maddi-texniki təchizatında yaranan problemlər, zabit heyətinin özbaşınalığı və əsas da gənclərin Qarabağda xidmət etməkdəki “könülsüzlüyü” intizam problemini doğuran əsas səbəblərdəndir.

 

- Son dövrlər atəşkəsin pozulması hallarının sayı kifayət qədər azalıb. Bunu nə ilə əlaqələndirirsiniz?

 

- Azərbaycan Prezidentinin uğurlu siyasəti ilə. Paşinyan yeni hakimiyyətə gəldiyi dövrdə Qarabağ məsələsində tez-tez pafoslu fikirlər səsləndirir, problemin həlli üçün Azərbaycanın güzəştə getməli olduğunu və üçüncü tərəf kimi qondarma qurumun separatçı təmcilçilərinin iştirak etməli olduğunu bildirirdi. Bu fikirlər təbii ki, təmas xəttindəki vəziyyəti daha da kəskinləşdirirdi. Ali Baş Komandan bu məsələdə konkret mövqeyini bildirərkən qeyd etdi ki, Ermənistan hökumətinin Qarabağ probleminin həllində qeyri-konstruktiv mövqeyi dəyişməsə, təmas xəttində baş verən istənilən probemə görə Azərbaycan məsuliyyət daşımayacaq. Məhz bu fikir, belə bir qətiyyətli mövqe qarşı tərəfi geri addım atmağa məcbur etdi və Düşənbə görüşündən sonra əldə edilən razılıq təmas xəttindəki sabitliyə zəmin hazırladı.

Nicat İsmayılov

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı