"Vinq Çun sağlam həyat tərzidir" Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov

Müsahibələr 11:00 21.02.2019

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov qədim Çin döyüş sənəti Vinq çun və Federasiyanın fəaliyyəti barədə Eurasia Diary-ə müsahibə verib.  Vin Çun döyüş sənəti ölkəmizə ilk dəfə 2008-ci ildə Şərq döyüş növləri üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli usta Asif Sayadov tərəfindən gətirilib. 

- Şərq döyüş növlərinə marağınız necə yarandı?

- Uşaq və yeniyetməlik illərim doğulduğum Qax rayonunun İlisu kəndində keçib. O illərdə 6-7 yaşlarımda olarkən, məndən 9 yaş böyük qardaşım (Aydın Sayadov Qarabağda 1993-cü ildə şəhid olub) hər gün idman edərdi və məni də məcbur edərdi ki, onunla bərabər məşq edim. Zaman keçdikcə gücümün artdığını gördükcə və davada özümdən yaşca böyüklərə qalib gədikcə özümə daha çox güvənməyə başladım. Daha sonralar, 8-10 yaşlarımda yaşadığım Qax rayonunda valideynlərim məni karate məktəbinə apardı. Həmin illər ölkəmizdə digər döyüş sənətləri o qədər də geniş yayılmamışdı. Bir müddət karate ilə məşğul olduqdan sonra Qax rayonu Olimpiya idman məktəbində sərbəst güləş bölməsində idman fəaliyyətimi davam etdirdim. Tələbəlik illərimdən (1994) isə Şaolin-Kungfu, boks, kikboksinq növləri ilə məşğul olmağa başladım.

- Vinq Çun döyüş sənətinin yaranma tarixi və Azərbaycana gəlişi barədə məlumat verərdiniz.

- Vinq Çun qədim Çin döyüş sənətidir və yaranma tarixi 1700-cü illərə təsadüf edir. Müxtəlif əsrlərdə müxtəlif ustadlar tərəfindən inkişaf etdirilmiş Vinq Çun, sonralar 1893-1972-ci illərdə yaşamış Böyük Usta İp Man tərəfindən daha unikal formada dünyada tanınmışdır. Böyük Usta İp Mandan sonra onun tələbəsi dünyaca məhşur döyüşçü aktyor Bryus Linin sayəsində döyüş sənətinin bu növü bir az da tanındı.

Azərbaycanda bu döyüş sənətinin yaranma tarixi 2008-ci illərə təsadüf edir. 2008-ci ildə “Azərbaycan Vin Çun döyüş Sənəti İdman Klubu”nu təsis etdim. 2012-ci ildə Beynəlxalq İp Man Vin Çun Assosiasiyasına rəsmi üzv olaraq ölkəmizdə bu döyüş sənətinin səlahiyyətli nümayəndəsi təyin olundum. Beləliklə, o vaxtdan ölkəmizdə bu döyüş sənətini inkişaf etdirməyə və tədrisinə başladım. Daha sonra 2018-ci ildə Azərbaycan Vinq Çun döyüş sənəti federasiyası yaradıldı. İndi yüzlərlə tələbəmiz var. Vinq-Çunla maraqlananların sayı da gündən-günə artır.

- Bu döyüş növünün digər Şərq döyüş növlərindən fərqi və üstünlüyü nədədir?

- Vinq Çun dərin fəlsəfəyə malik olan qədim Çin döyüş sənətidir. Bu döyüş sənətini digər döyüş növlərindən fərqləndirən tərəfi öyrənilməsi rahat və küçə müdafiəsində praktiki olmasıdır. Eyni zamanda, bu döyüş sənəti yaş tanımır. 6-yaşdan yuxarı, cinsindən asılı olmayaraq hər kəs bu döyüş sənətini mənimsəyə bilər. Vinq Çun sağlam həyat tərzidir.

- Bütün döyüş idman növlərinin özünün fəlsəfəsi var. Vinq çun döyüş sənətinin fəlsəfəsi nədən ibarətdir?

- Vinq Çun məşqlərinin ruhi inkişafı üçün Universal Yola yəni “Tao”ya uyğunlaşmasını təmin etmək lazımdır. Bu universal yol Vinq Çun məşqlərində aşağıdakı üç təməl başlıq altında araşdırılır: Dürüstlük Sevgi, Səbir. Bu üç təməl dinamik aşağıdakı öyüdlərlə yaddaşlarda qalmalıdır:

Dürüstlük:

Dürüst bir insan ol!

Doğrunu söylə!

İnsanları aldatma!

Səhvlərini etiraf (qəbul) et!

Sevgi:

Mehriban bir ürəyin olsun!

İnsanları (günahlandırma) təhqir etmə!

Başqalarına köməkçi olmağı sev!

Yaxşılıq et!

Səbir:

Şikayət etmə!

Çətinliklərə qarşı güclü ol!

Qisas alma! (Kin saxlama!)

Fiziki olaraq yaxşı bir gücə çatdığınızda enerjinizi yüksəltmənin tək yolu ruhi çalışmalar görməkdir. Beyninizi və hisslərinizi daha təsirli istifadə etməni öyrənməlisiniz. Hamımız beynimizi məhdud ölçülərdə istifadə edə bilərik, ancaq bunu inkişaf etdirməmiz hər vaxt mümkündür. Enerjimizi yüksəltməmiz üçün izləniləcək dörd əhəmiyyətli pillə var:

Bədəninizi təmizləyin: Danışıqlarınızı, hərəkətlərinizi və düşüncələrinizi inkişaf etdirin.

Öz intizamınızı qurun: Həyatınızı istiqamətləndirən doğru qaydaları inkişaf etdirin.

Bağlanmayın: İnsanlara, hadisələrə, anlayışlara ya da obyektlərə bağlanmayın [asılı olmayın].

Möhkəm bir zehnə sahib olun: Sakit olun ki, heç bir şey zehninizi lazım olduğundan çox məşğul etməsin.

- Beynəlxalq yarışlarda ən yüksək nəaliyyətiniz nə olub?

- Respublikanın Əməkdar məşqçisiyəm. 4 dəfə dünya çempionu olmuşam. Kunq fu üzrə 2003-2004-2009 cu illərdə, Vinq çun üzrə isə 2015-ci ildə. 2014-cü ildə beynəlxalq idman ustası adını almışam.

- Vinq Çun Döyüş Sənəti Federasiyasının filialları varmı?

- Bəli, artıq paytaxtda 11 filialımız fəaliyyət göstərir. Daha 3 filialımızın da fəaliyyətə başlaması nəzərdə tutulub.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Fevral ayında Bakı çempionatı, mart ayında isə ölkə çempionatı keçiriləcək. Milli yığmamızı təyin etdikdən sonra aprel ayında Rusiyada keçiriləcək Avropa çempionatına qatılacağıq. Oktyabr ayında isə Honq Konqda keçiriləcək dünya çempionatında iştirak edəcəyik. 

 

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Şərq döyüş növləri üzrə "Respublikanın Əməkdar Məşqçisi”, 4-qat Dünya Çempionu Asif Sayadov 1977-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb. Ali təhsillidir, 1999-cu ildə Bakı Biznes Universitetinin iqtisadçı hüquqşünaslıq fakültəsini, 2014-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Hələ uşaq yaşlarından idmanın karate, sambo, sərbəst güləş və kikboksinq növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən isə kungfu döyüş növü ilə ciddi məşğul olmağa başlayıb. Respublikamızda və bir çox ölkələrdə bu döyüş sənətinin sirrlərini öyrənməyə müvəffəq olub. Daha sonralar, bu döyüş sənətinin, Vinq Çun, Kungfu-Sanda, Cit-kun do və bir çox sərbəst döyüş növlərini öyrənmək məqsədilə bu qədim döyüş sənətinin yarandığı məkana, Çinə Şaolin məbədinə gedərək ustalıq təcrübəsini daha da artırıb. 4 dəfə dünya çempionu və 2 dəfə dünya ikincisi olub.

Asif müəllim respublikamızda peşəkar döyüşçü olmaqla yanaşı həm də bu sahədə təcrübəli mütəxəssis kimi tanınmaqdadır. Onun tələbələri arasında artıq 15 yetirməsi bir çox beynəlxalq turnirlərin və dünya çempionatlarının qalibləridir. Bu nəailiyyətlərinə görə Asif Sayadov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə “Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi və bu döyüş sənətinin ölkəmizdəki yaradıcısıdır. 2015-ci ildə Almaniyada keçirilən Beynəlxalq seminarda "İlin ustası" titulunu alıb. Ailəlidir, 2 övladı var.

 

Müsahibəni götürdü: Həşim Məmmədov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
Hamısı