“Rusiya Azərbaycanın Avropaya qaz ixracını artırmasına göz yummayacaq” - Macar ekspert Açıqlayır – ÖZƏL

Müsahibələr 14:00 27.03.2024

ABŞ-ın müdafiə sahəsinə ayırdığı yatırımların həcminə rəğmən Qərb dünyasının silahlanma problemləri davam edir. Bu baxımdan Avropa iqtisadi əməkdaşlığını mümkün olduğu qədər genişləndirməyə çalışır. Rusiyanın da Cənubi Qafqazda maraqlarının olduğunu nəzərə alsaq, Region uğrunda Qərblə Rusiya arasında rəqabət hansı səviyyədə arta bilər?

Mövzu ilə bağlı Ednews-a danışan macarıstanlı iqtisadçı-ekspert Vasa Laszlo bildirib ki, Moskva Azərbaycanın Avropaya qaz ixracını artırmasından razı deyil:

“Azərbaycan Respublikası prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanla NATO və eləcə də Avropa arasında münasibətlər davam edir. Qarabağın azad edilməsindən sonra bir çox Qərb dövlətləri Azərbaycanı müharibəyə görə qınasa da, NATO Bakı ilə öz tərəfdaşlığını qorumağa davam edir. 

Azərbaycanın hər dövlətlə əlaqələrini balanslı dərəcədə qorumağa çalışması onun xarici müstəvidə sülhpərvər rolunun möhkəmlənməsinə səbəb olub. Bundan başqa unutmaq olmaz ki, Azərbaycanın ən böyük siyasi müttəfiqi və iqtisadi tərəfdaşı olan Türkiyə NATO üzvüdür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan öz siyasi-iqtisadi iradəsi olan bir ölkə kimi həm də NATO ilə yaxın münasibətlər sahibdir”.

Azərbaycanın Qərblə artan iqtisadi tərəfdaşlığı hansı dövlətlərin rəqabətə qoşulmasına gətirib çıxaracağına isə ekspert qeyd etdi ki, Qərblə Rusiya arasında Cənubi Qafqazda təsir gücünə malik olmaq uğrunda mübarizə gedir: 

“Bu rəqabətdə Azərbaycan ən əsas rolu oynayır. Bir çoxları əsassız şəkildə hətta Rusiyanın Qafqaza hücum edəcəyi haqqında iddialar da irəli sürür. Bu iddialar hər nə qədər əsassız olsa da, Rusiyanın Ukraynaya hücum edəcəyini də gözlənilməz olduğunu xatırlatmaqda fayda var. 

Hazırda ABŞ başda olmaqla Qərb dünyasında panika hökm sürür. Azərbaycan Avropanı qaz ehtiyatları ilə təmin etməyə çalışır. Bu baxımdan ölkənin Rusiya üçün də xüsusi əhəmiyyəti yaranır. Bazarda rəqabəti gücləndirməyə çalışan Moskva Bakı qazının Avropaya uzun müddət ixrac edilməsindən razı olmayacaq. Ola bilsin ki, İran və Rusiya kimi ölkələr Azərbaycan üçün bu baxımdan problem yaratsın”.

Fərid

Azərbaycanda 10 saatlıq ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Xəbər xətti

FIFA prezidenti "Qarabağ"ı təbrik EDİB
FIFA prezidenti "Qarabağ"ı təbrik EDİB
10:41 27.04.2024
Ermənistanın korrupsioner nazir müavini AZADLIQDA
Ermənistanın korrupsioner nazir müavini AZADLIQDA
10:31 27.04.2024
Azərbaycanda 10 saatlıq ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO
10:14 27.04.2024
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
10:07 27.04.2024
Azərbaycanda qeyri-adi kənd adları: Mırtı, Potu, Soğanverdilər... – VİDEO
09:33 27.04.2024
ABŞ Ukraynaya bu silahları GÖNDƏRƏCƏK
09:27 27.04.2024
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO
09:18 27.04.2024
Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı...
09:00 27.04.2024
Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Hamısı