“Bu gün Macarıstan bir çox amerika-anqlosakson təsirində olan ölkələrdən fərqli olaraq dürüst, ləyaqətli və əsas olaraq müstəqil siyasət yürüdür”.
Bu sözləri politoloq Tural İsmayılov Ednews-a açıqlaması zamanı qeyd edib. Daha sonra o, bildirib ki, Macarıstan hazırda anti-Avropa siyasəti həyata keçirmir və bu belə anlaşılmamalıdır:
“Əksinə bu gün Avropa içərisində ənənəvi, qəbul edilməz, dünyaya qarşı sayğısız və ədalətsiz siyasi münasibət göstərən Qərbi Avropa copğrafiyasından fərqli olaraq daha doğru və obyektiv mövqe göstərir. Ümumiytələ qeyd etmək istəyirəm ki, bu cür siyasət tək Macarıstana xas deyil. Ümumən Mərkəzi və Qərbi Avropa ölkələri çox vaxt düzgün siyasət yürüdür. Bu gün Macarıstan xüsusəndə Viktor Orbanın hakimiyyəti dövründə kifayət qədər inkişaf edən ölkə halına gəlib. Macarıstan Avropa İttifaqının yeni yüksələn dəyərlərindən birinə çevrilib.
Eyni zamanda Fransa, Niderland, Belçika kimi ölkələrdən fərqli olaraq bu gün Macarıstan, Albaniya, Bolqarıstan tipli ölkələr artıq Avropa İttifaqının ənənəvi , neoimperyalist siyasətinə boyun əymirlər. Bu ölkələr əllərində olan bütün imkanlardan istifadə edərək daha müstəqil və rasional siyasət aparmaq niyyətindədirlər və həmçinin beynəlxalq münasibətlər sistemində başqalarının daxili işinə qarışmadan inteqrasiyaya meyilli siyasi xətt həyata keçirirlər. Faktiki olaraq Macarıstan hazırda Türk Dövlətləri Təşkilatında (TGT) müşahidəçi statusa malikdir”.
Politoloq vurğulayır ki, daha Qərbə yəni, ABŞ-a inteqrasiya edən Qərbi Avropa ölkələrindən fərqli olaraq Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır və Asiya ölkələri ilə də münasibətləri dərinləşdirməyə və tərəfdaşlıq siyasəti yürütməyə maraqlıdır.
Xəyal Ramiz