"5 Aprel Brüsseldə baş tutan Aİ - Ermənistan - ABŞ görüşü tam bir fiasko nümayişidir".
Bu sözləri Ednews - a video - açıqlamasında Azərbaycan-ABŞ İqtisadiyyat və Təhsil Şurasının baş direktoru və təsisçisi, BAMF-ın ABŞ-dakı nümayəndəsi Piter Teys 5 aprel Brüssel görüşlərini şərh edərkən söyləyib.
O, bildirib ki, Aİ və ABŞ Ermənistana iqtisadi və sosial yardım etmək naminə, İrəvan hökümətini əksinə sülhə çağırmağı tələb etməli idilər.
"Bu görüş Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi və Ermənistan hökuməti daxilində demokratik təsisatların tətbiqi üçün qətiyyətin və könüllü rəhbərliyin olmadığını nümayiş etdirir. Ələxsus Azərbaycan hökumətinin aprelin 5-də keçiriləcək Brüssel sammitində iştirak və iştiraka dəvət olunmaması bir daha Qərb dövlətlərinin məsələnin həllinə müsbət və qərəzsiz töhfə vermək üçün ciddi rəhbərliyin və əzminin olmamasıdır. Bu platformada Vaşinqton və Brüssel Ermənistana təzyiq etməliydi ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazisi daxilində minaların harada yerləşdiyini dəqiq göstərən xəritələri təqdim etsin".
Daha ətraflı sözügedən videoda: