“Ermənistan bu görüşdə iştirak edərək özünün daha güclü müttəfiqləri olduğunu göstərmək niyyətində idi”.
Bu sözləri rusiyalı politoloq Sergey Stankeviç Ednews-a açıqlaması zamanı qeyd edib.
O, daha sonra bildirib ki, Qərbin Ermənistana olan vəddləri real olmaya bilər:
“Ermənistan-ABŞ-Aİ üçbucağının görüşü əsasən nümayişkaranə və simvolik xarakter daşıyırdı. Dövlət katibi Blinken və Avropa Komissiyası rəhbəri Fon der Lyaen Ermənistanın atlantikləşməsinin qeyri-müəyyən (öhdəliyi olmayan) perspektivini təsvir etmək istəyirdilər. İrəvan isə göstərmək istəyirdi ki, onun Rusiyadan başqa, daha çox pulu və silahı olan başqa müttəfiqləri də var. Atlantik alternativinin nümayişi o qədər də inandırıcı deyildi. Bu yolla İrəvan daha çox Azərbaycanla sülh və sərhəd sazişi yolunu çətinləşdirə bilər. Bir sözlə bu görüşün Cənubi Qafqazda olan sülh prosesini ləngidə bilər. ABŞ və Aİ-nin təzminatının adekvat olacağı ehtimalı yoxdur”.
Xəyal Ramiz