NATO Azərbaycana dəstək nümayiş etdirir | Eurasia Diary - ednews.net

22 Oktyabr, Bazar ertəsi


NATO Azərbaycana dəstək nümayiş etdirir

Siyasət A- A A+

Rouz Qottemüller: "Azərbaycanın maraqlarına cavab verən önəmli layihələrin üzərində işləyirik"

"NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır". Eurasia Diary xəbər verir ki, bunu NATO baş katibinin müavini Rouz Qottemüller Bakıda jurnalistlərə açıqlamasında deyib.

"NATO dünyada bütün münaqişələrin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, həmçinin Azərbaycan və Ermənistan hökumətlərinin səylərini dəstəkləyirik" — deyə Qottemüller bildirib.

NATO baş katibinin müavinin sözlərinə görə, qurum Azərbaycan kimi önəmli tərəfdaşının olmasından məmnundur: "Biz Azərbaycanın maraqlarına cavab verən önəmli layihələr üzərində işləyirik. Müdafiə sahəsində institutlara, hərbi gücün artırılmasına dair layihələrə dəstək göstərməklə Azərbaycanın dünyanın bu bölgəsində aktiv aktor kimi inkişafına öz töhfəmizi vermək istəyirik".

Qottemüller, eyni zamanda NATO-nun terrorizmlə mübarizədə Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirib: "Biz Azərbaycanın öz hərbçilərinin sayını artırmaqla bizim Əfqanıstandakı sülhməramlı missiyamızı aktiv şəkildə dəstəklədiyinə görə çox şadıq. Azərbaycan, həmçinin Əfqanıstana yüklərin daşınmasının şaxələndirilməsində olduqca önəmli rol oynayır. Bununla da Azərbaycan NATO-nun terrorizmlə mübarizədə səylərini aktiv şəkildə dəstəkləyir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...