Mikayıl Cabbarov açıqladı... Vergi Məcəlləsində dəyişikliklər

Siyasət 09:30 16.11.2018

“Vergi Məcəlləsinə bir neçə vacib dəyişiklik təklif olunur”.

Eurasia Diary xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov AzTV-nin "Günün nəbzi" verilişində deyib.

Onun sözlərinə görə, islahatların ən mühümü qeyri-neft, qeyri-dövlət sektorunda çalışan vətəndaşlara əhəmiyyətli vergi güzəştinin tətbiq edilməsi, başqa sözlə, onların əmək haqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin kəskin şəkildə azaldılmasıdır.

M.Cabbarov bildirib ki, layihədə iki əsas dəyişiklik nəzərdə tutulur. Birinci əsas dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır: “Burada aylıq əməkhaqqı 8 000manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Dövlət çox böyük güzəşt, addım edir və faktiki olaraq qeyri-neft sektorunun inkişafına dəstək üçün bu illər ərzində verdiyi güzəştlərə əlavə olaraq belə bir vacib güzəşti də təqdim edir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir”.

Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin olduğunu deyən nazir əlavə edib ki, bu ödənişlərin vahid olması təklif edilir: “Bu, işəgötürənlər üçün prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət şüurlu şəkildə belə islahata getməklə, belə demək mümkünsə, öz gəlirlərinin müəyyən hissəsini itirir. Bu, şüurlu şəkildə bir addımdır. Çünki, həmin addım məhz “kölgə iqtisadiyyatı”nın azalmasına, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsinə yönəlib. Çünki qeyri-rəsmi işləyən insanın əmək müqaviləsi yoxdursa və ya əmək müqaviləsi varsa, lakin orda nominal, cüzi məbləğ göstərilirsə və reallıqda onun əldə etdiyi gəlir daha yüksəkdirsə, bu, əslində vətəndaşın hüququnun tapdanmasıdır. Ona görə ki, bunun müqabilində məcburi sosial sığorta haqqı ödənilmir. Gələcəkdə bu insanın sosial təminatı, pensiyası olmur. Beləliklə, həmin islahatın həyata keçirilməsi ilə biz həm qeyri-rəsmi məşğulluğun, həm "kölgə iqtisadiyyatı"nın azaldılması, həm də qeyri-neft sektorunda iqtisadi fəallığın daha da canlanmasını və sürətləndirilməsini gözləyirik. Bu ən vacib və ən böyük islahatdır, amma yeganə islahat deyil”.

M.Cabbarov qeyd edib ki, mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur. Onun sözlərinə görə, təklif olunan dəyişikliklərdə fiziki şəxslərin gəlir vergisi ilə güzəştlər nəzərdə tutulur: “Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə25%-dən 14%-ə endirilir. Yəni bu çöx əhəmiyyətli və köklü dəyişiklikdir. Bu, faktiki olaraq qeyri-neft, qeyri-dövlət sektorunda çalışan hər bir işçini əhatə edən əmək haqqı güzəşti islahatıdır. Dövlət başçısı tərəfindən bu sahədə işləyən həm vətəndaşlara, həm də biznes subyektlərinə çox böyük güzəşt, töhfədir. Belə güzəştin təqdim edilməsi ən yüksək siyasi səviyyədə qərar tələb edən bir layihədir.

Biz buna görə inanırıq ki, Azərbaycan sahibkarları, vətəndaşlarımız güzəştləri düzgün qiymətləndirəcək və öz növbəsində dövlətin bu addımına, bu dəvətinə vergidən yayınmamaq, qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq, işləyən vətəndaşın hüququnu təmin etmək, ödənilən əmək haqqını olduğu kimi göstərmək kimi addımlarla cavab verəcəklər. Vergilər Nazirliyinin işi bunun inzibatçılığından ibarətdir. Biz bu siyasətin həyata keçirilməsində qəti olacağıq”.

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Hamısı