Yeddi ay boş qalan vəzifənin Eldar Əzizova həvalə edilməsinin SƏBƏBLƏRİ...

Siyasət 10:30 16.11.2018

Prezident İlham Əliyev iki böyük şəhərə rəhbərlik etmiş təcrübəli kadrı düz 4 ay sınaq müddətində yoxlamağa üstünlük verdi; BŞİH-nin yeni rəhbərini şəhər təsərrüfatında görüləcək çətin işlər gözləyir...

Eurasia Diary xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 15-də Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yada salaq ki, aprelin 21-də prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında məlum sərəncamından sonra Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu vəzifədən azad olundu. Digər sərəncamla o, baş nazirin müavini təyin edildi. Abutalıbovun gedişindən sonra BŞİH rəhbərliyində yalnız bir müavin qalmışdı - Fidumə Hüseynova. BŞİH-də yeganə rəhbər şəxs olan F.Hüseynova 2005-ci ildən BŞİH başçısının müavini vəzifəsində çalışırdı. Çünki Abutalıbovun müavini Rauf Pənahov 2017-ci ilin iyunda vəfat etsə də, onun yerinə də təyinat olmamışdı. 

Bu səbəbdən də Abutalıbovun yerinə kimin təyin ediləcəyi mediada ən çox dartışılan mövzuya çevrilmişdi. Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsi strateji post olduğundan ora kimin təyin olunacağını əvvəlcədən proqnozlaşdırmaq da çətin idi. Üstəlik,  Abutalıbovun BŞİH başçısı vəzifəsində azad edilməsi paytaxt təsərrüfatı sistemində böyük dəyişikliyə hazırlıq kimi izah edilirdi. 2001-ci ilin yanvar ayından BŞİH-nin başçısı olan Abutalıbov son illər ciddi tənqid hədəfinə çevrilmişdi və hətta dövlət qəzetləri belə şəhər təsərrüfatındakı problemlərdən yazaraq merin fəaliyyətini tənqid edirdilər.

Bakının simasını eybəcərləşdirən qanunsuz tikililərdən isə narazılıq daha çox idi. Dünya turizminin əsas mərkəzlərindən birinə çevrilməyə iddialı olan Bakıya yaraşmayan tikililərin artması prezident İlham Əliyevin ən çox narazı qaldığı sahələrdən biri idi. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin oktyabrda keçirilən son müşavirəsində dövlət başçısı bu məsələ barədə kifayət qədər sərt mövqe ortaya qoydu. Sitata diqqət edək: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.

BŞİH ile ilgili görsel sonucu

Bu sitatdan da göründüyü kimi, dövlət başçısı qanunsuz tikililərdən böyük pullar qazananlar sırasında BŞİH-nin də adını çəkib. “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub” - deyərək, həm də Bakının yeni merindən tələblərini sıralamışdı.

eldar əzizov ile ilgili görsel sonucu

Qeyd edək ki, bu müşavirədən bir müddət əvvəl-konkret olaraq iyulun 16-da Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov BŞİH başçısının birinci müavini təyin edilmişdi və o, şəhər merinin səlahiyyətlərini icra edirdi.  E.Əzizov şəhər təsərrüfatına yaxşı bələd olan azsaylı kadrlardan biri hesab olunur. O, 1987-ci illərdə Bakı şəhər komitəsinin birinci katibi vəzifəsində çalışıb.

1999-cu ildən BŞİH-də Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından BŞİH başçısının müavini vəzifələrində işləyib. 2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin, 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayından isə Bakının mərkəzi rayonlarından biri olan Səbayel rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Keçdiyi yol və bu illərdə şəhər təsərrüfatının idarəedilməsində topladığı təcrübə, Bakıda qanunsuz tikililərin dayandırılması istiqamətində fəaliyyəti onun tezliklə meriyaya tam səlahiyyətli rəhbər olmaq şansını artırırdı. Amma belə görünür ki, hətta belə təcrübəli kadrı da prezident İlham Əliyev düz 4 ay  sınaq müddətində yoxlamağa üstünlük verdi. E.Əzizovun bundan sonrakı işi də prezidentin xüsusi diqqətində olacaq. Bakının yeni başçısını ciddi sınaq və görüləcək xeyli işlər gözləyir...

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı