Azərbaycana 4 paytaxtdan mühüm dəstək İrəvan təklənir

Siyasət 09:56 18.12.2018

Ermənistanın yeni rəhbərliyinin cidd-cəhdlərinə rəğmən, “Rus NATO-su”nun (KTMT) rəhbəri erməni olmayacaq. Bunu indi əminliklə söyləmək olar. Qurumun növbəti baş katibi yəqin ki, Belarus nümayəndəsi, daha dəqiqi, vaxtilə Bakıda hərbi təhsil almış general Stanislav Zas olacaq.

Keçən həftə belaruslu general Qazaxıstan və Tacikistanda olub, iki ölkənin prezidentləri ilə - Nursultan Nazarbayev və İmaməli Rəhmanla görüşüb. Hər iki prezident onun namizədliyini dəstəkləyib. Rusiyanın da mövqeyi çoxdan bəlli. Prezident Vladimir Putinin erməni baş nazir əvəzi Nikol Paşinyana ən böyük güzəşti sonuncunun xahişi ilə KTMT-nin yeni baş katib məsələsinin müzakirəsinin 9 dekabr parlament seçkilərindən sonraya saxlanması oldu. Çünki rəsmi İrəvan məsələdə uğursuz mövqedədir, yeni baş katibin Ermənistandan olmayacağına əminlik hasil edib və Paşinyan da narahat idi ki, bu cür nəticə səsvermənin yekununa təsir edə bilər.

Yəni KTMT-yə yeni baş katib məsələsində fiaskonu artıq Ermənistanın yeni hökumətinin ayağına yazmaq olar. Qalır məsələnin sırf formal tərəfi. Seçkilər arxada qaldığından, N.Paşinyana indi KTMT-dəki sərt reallıqla, anti-Ermənistan mövqeyi ilə barışmaqdan savayı yol qalmır. Nəzərə alsaq ki, o, Ermənistanı “Rus NATO-su”ndan çıxarmağa hazırlaşmır, o zaman ayrı yol da görünmür.

***

Beləliklə, Ermənistanın “Rus NATO-su”nda təklənməsi “faktura” şəklini almaqdadır. 4 paytaxt - Moskva, Minsk, Astana və Düşənbə belaruslu generalı müdafiə eləməklə əslində Azərbaycana dəstək verib (Qırğızıstan da şübhəsiz ki, bu namizədliyin lehinədir). Ermənistan veto hüququna malik olsa da, çətin ki, KTMT-dəki belə bir aparıcı iradənin əleyhinə getsin. Yəni Paşinyanın da “Bakının adamı”na səs verməkdən savayı yolu qalmır.

Bu xüsusda belaruslu politoloq, təhlükəsizlik sahəsində mütəxəssis, Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanskinin fikirləri maraq doğurur.

Musavat.com-un məlumatına görə, politoloq hesab edir ki, KTMT bloku üzrə Ermənistan xaric, bütün müttəfiqlər arasında baş katibliyin Belarusa keçməsi haqda artıq anlaşma əldə olunub. Onun sözlərinə görə, İrəvanın bu postu özündə saxlamaq yönündə cəhdlərinin səbəbi sırf Nikol Paşinyanın şəxsi ambisiyaları ilə bağlıdır.

“Paşinyan KTMT-də öz ölkəsinin kvotosundan danışarkən bu təşkilatın nüfuzu haqda fikirləşmir, yalnız özünün daxili siyasət qayğılarını düşünür. Xarici siyasəti daxili siyasətlə qarışıq salır”, - deyə o bildirib. Onun sözlərinə görə, blok üzvləri qarşısında Azərbaycanın statusunu həll eləmək məsələsi durur:

“Blokun, demək olar, bütün üzvləri Azərbaycanı təşkilatda ya tərəfdaş, ya da müşahidəçi qismində görmək istəyir. Belə görünür, təşkilatda konsensus prosedurunu ləğv etmək və sırf səsvermə üsuluna keçmək lazım gələcək ki, yalnız bir üzv-dövlətə görə (Ermənistan - YM) qurumun fəaliyyəti tormozlanmasın. Ancaq bunu artıq biz gələn il görəcəyik".

Ekspertin fikrincə, o halda Azərbaycan bir sıra üstünlüklər əldə edə bilər. “Xüsusən də hərbi-texniki sferada. Yəni Azərbaycan hətta müşahidəçi statusunda silahları bazar qiymətinə deyil, daxili bazar qiymətinə ala bilər”, - deyə o, əlavə edib.

***

Xatırladaq ki, Azərbaycan vaxtilə bu təşkilatın üzvü də olub (1994-1999). O vaxt o, “Kollektiv Təhlükəsizlik Müqaviləsi” adlanırdı. Lakin Azərbaycan qurumu tərk eləsə də Ermənistan istisna olmaqla, üzv ölkələrin hamısı ilə isti münasibətlərini indi də uğurla davam etdirir. Bu münasibətlər hətta daha da sıxlaşıb.

Məsələn, Rusiya Azərbaycanın əsas silah tədarükçüsüdür. Belarusla hərbi-texniki əməkdaşlığımız da yüksələn xətlə davam edir. “İsgəndər M”lərə alternativ sayılan “Polonoz” raket kompleksləri ilə bağlı anlaşma buna sübutdur. Habelə, türkdilli dövlətlər kimi Qazaxıstan və Qırğızıstan Azərbaycanın etibarlı dost-müttəfiqləri sırasındadır.

Təsadüfi deyil ki, KTMT-nin “erməni yaraları”na məlhəm olmayacağı haqda İrəvandan zaman-zaman gileylər səslənib. 2016-cı ilin “4 günlük” aprel müharibəsində işğalçı ölkə buna bir daha, bu dəfə əyani şahidlik elədi. KTMT üzvü ölkələrindən heç biri həmin hadisələr zamanı Ermənistanın mövqeyini, yanaşmasını bölüşmədi, ona hər hansı şəkildə dəstək olmadı, Azərbaycan əleyhinə bəyanat səsləndirmədi. Ermənistan aprel savaşında, faktiki, təkləndi. Kim bilir, Rusiya lideri Putin şəxsən azərbaycanlı həmkarı İlham Əliyevdən əməliyyatları dayandırmağı rica etməsəydi, daha nə qədər torpaqlar azad ediləcəkdi...

***

Doğrudur, işğalçı ölkənin əsas varlıq qarantı Rusiya olaraq qalır. Ermənistan adlı formal dövlət yaranandan onun Türkiyə və İranla sərhədlərini belə, rus hərbçiləri qoruyur. İllərdir Moskva Azərbaycana qarşı duruş gətirmək üçün Ermənistana silahları ən ucuz, daxili qiymətlərə satır. Üstəlik, silahları ən aşağı faizlə və uzun müddətə özünün ayırdığı kredit qarşılığında verir. Bununla belə, nankor ermənilərin ruslardan narazılığı bitib tükənmir - xüsusən də 8 may “məxməri inqilabı”ndan sonra.

“Xoşagəlməz və yersiz olsa da, Batka (Belarus Prezidenti Aleksandr Likaşenko) haqlıdır. Əgər biz KTMT-də nəsə demək istəyiriksə, öz sözümüzü ilk növbədə əsas müttəfiqimiz, Azərbaycana silah satan Rusiyaya yönəltməliyik". Bu sözləri özünün Feysbuk səhifəsində Ermənistanın Respublika Partiyasının sədri Aram Sərkisyan paylaşıb.

“Mənim fikrimcə, danışmaq yersizdir. Biz, sadəcə, səssiz, addım-addım NATO ilə əməkdaşlığımızı aktivləşdirməliyik və o zaman bizə münasibət birmənalı şəkildə dəyişəcək. Əminəm ki, bizə Rusiyanın lazım olduğundan daha çox biz Rusiyaya lazımıq. Əks təqdirdə, Rusiyanın sərhədləri Krasnodar vilayətindən keçəcək”, - deyə o bildirib.

Rusiyanın sərhədi ola bilsin, Krasnodardan keçəcək. Bəs Rusiya arxasından çəkilərsə, Ermənistanın öz sərhədləri haradan keçəcək? Ümumiyyətlə, Ermənistan adında dövlət qalacaqmı?..

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı