Sərkisyanın Azərbaycanda şok cinayətləri İngilis müəllif yazdı

Siyasət 09:22 14.02.2019

Britaniyalı araşdırmaçı müəllif Harrold Keyn şok cinayət faktlarının yer aldığı “Dağlıq Qarabağ” kitabını yayımlayıb. Kitabda Ermənistanda Köçəryan-Sərkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri qeyri-qanuni silah ticarəti və qaçaqmalçılığı, narkotik və insan alveri, qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alır.

Bu barədə məlumatı Axar.az-a Prezident yanında İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov verib.

Seks biznesi

Harold Keyn yazır kı, fahişəlik, qadın və uşaq alverinin əsas məkanı işğal altındakı Dağlıq Qarabağ bölgəsidir. Bu cinayətkar biznesi beynəlxalq hüquq sərhədlərindən uzaqda qalan Qarabağdan idarə etmək asandır, bu, həm də cinayətkar şəbəkəyə sərhədsiz imkanlar tanıyır. Erməni mafiyasının seks imperiyasının sərhədləri İspaniya, Böyük Britaniya, Skandinaviya ölkələri və Birləşmiş Ştatlara gedib çatır, lakin bu imperiyanın başlanğıcı Qarabağdadır. Oğurlanaraq, cinsi istismara məruz qalan gənc qızların bəzən heç 16 yaşları da olmur. Heç kim bu dəhşətli halın qarşısını almır. Çünki seks sənayesi müəyyən orqanların himayəsi altında həyata keçirilir və onlar bundan böyük məbləğdə pullar qazanırlar.

Ermənistan Prezidenti Serj Sərksyanın 2014-cü ildə ABŞ Prezidenti Barak Obamaya yazdığı məktubdan söhbət açan müəllif məktubun Birləşmiş Ştatlarla dostluğa nə qədər böyük əhəmiyyət verdikləri barədə “canfəşanlıq dolu çeynənmiş ifadələr”lə dolu olduğunu, lakin “dostluq əlini uzadan həmin Qafqaz millətinin o biri əlində qumbara, hətta əslinə qalsa, bütöv bir cəbbəxana” saxladığını qeyd edir.

H.Keyn 18 aylıq araşdırması zamanı fəsadları Qafqaz regionunun hüdudlarını aşan cinayətlərin üstünü açıb.

Turist qismində Ermənistanda və bu ölkənin işğal etdiyi Dağlıq Qarabağ bölgəsində olan H.Keyn insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması halları ilə qarşılaşdığını bildirib.

“Hazırkı statusuna görə Dağlıq Qarabağ sanki vakuumdadır. Bu hal amansız şəkildə istismar olunan həmin ərazilərin beynəlxalq kriminal qruplaşmaların hesablama palatasına çevrilməsinə şərait yaradıb", - deyən müəllif kitabında erməni mafiyası, əfqan narkobaronları, bütün dünyada tanınan gizli silah qaçaqmalçıları barədə məlumatlar göstərdiyi üçün təhlükəsizlik məqsədilə adını dəyişdirməli olub.

Kitabında İrəvanda qaldığı mehmanxanaya gecəyarısı polisin gəldiyini qeyd edən britaniyalı müəllif hətta Xankəndidə döyüldüyünü bildirib:

“Dağlıq Qarabağın kriminal mərkəz olduğunu aşkar etmişik. Özü də bütün bu fəaliyyətlərin çoxu Ermənistanın sabiq prezidentləri - Robert Köçəryan və Serj Sərkisyanla bağlıdır. Onlar insanların faciəsi üzərində milyardlarla dollar dəyərində var-dövlət toplayıblar”.

1990-1993-cü illər ərzində ABŞ-dakı 19 QHT tərəfindən müxtəlif qrantlar, kredit proqramları yolu ilə keçmiş SSR respublikaları üçün 10 milyard dollar həcmində maliyyə yardımı edilib. Maraqlısı odur kı, siyahıda keçmiş Sovet respublikaları içərisində Ermənistan ya ilk, ya da Rusiyadan sonra ikinci yeri tutur. Baxmayaraq kı, Ermənistan öz ərazisinə və əhalisinin sayına görə keçmiş SSR dövlətləri içərisində ən kiçiyidir.

ABŞ Dövlət Departamentinin köməkçisi Bricit Brinkin sözlərinə görə, bu illər ərzində Ermənistan ABŞ-dan “hümanitar və texniki kömək məqsədi ilə” 2 milyarddan çox yardım almışdır. Bunu ABŞ-ın keçmiş diplomatı olmuş Mari Yovanoviç də təsdiqləyir.

Harold Keynin sözlərinə görə, bu kiçik Qafqaz ölkəsi İsraildən sonra ABŞ-dan ən çox maliyyə yardımı alan ikinci ölkədir. Bunun üçün ermənilər Kapilotiyada oturan lobbilərinə minnətdar olmalıdırlar. Çoxsaylı erməni diasporu illərdir ki, maliyyə yardımının artırılması üçün lobbiçiliklə məşğul idi. Başda Amerika Erməni Milli Komitəsi və Amerika Erməni Assambleyası olmaqla, Amerika erməni ictimai təşkilatlarının saylarının çoxalması fonunda bütün bunların haradan və necə qaynaqlandığı aydın olur.

“Açıq dialoq “ jurnalının qeydinə görə, ABŞ-dakı erməni lobbisi Türkiyədəki gülənçilərə çox oxşayır. Erməni diasporu və lobbi təşkilatları da kölgə kuluarlarında konkret geosiyasi proqramları ilə planlı şəkildə çıxış edirlər.

Kirk, Pallone, Portantino, Bokser, Uilk, Menendes və onların seçiciləri onların bu xeyirxahlıqlarına cavab olaraq, sevimliləri Sərkisyanın onlara necə cavab verdiyini nəzərə almalıdırlar.

Müəllif burada Sərkisyan hakimiyyəti ilə Rusiya, İran arasında silah ticarətindən bəhs edir. Məhz ermənilərin İrana gizli şəkildə silahlar ötürməsi nəticəsində həmin silahlar İraqda və sair regionlarda görünməkdədir.

Vikiliksin (WikiLeaks) məlumatına görə, 2003-cü ildə Ermənistan İranın raket və pulemyotlar almasına yaxından kömək etmişdir. 2007-ci ildə İraqda şiə qruplaşmalarının ABŞ ordusuna hücumu zamanı bu silahlar aşkar edilmişdir.

Eyni zamanda müəllif tərəfindən maraqları adlara da rast gəlirik. Belə ki, britaniyalı araşdırmaçı silah alverində Qarabağ veteranı Jirayır Səfilyanın adını çəkir. Xarici qruplaşmaların dilleri adını qazanan Səfilyan Sasna Çrer kimi radikal “müxalif qruplaşmasının” lideridir. Maraqlıdır kı, Paşinyan hakimiyyətə gələr-gəlməz onu həbsdən azad etdi.

Eyni zamanda qondarma respublikanın keçmiş müdafiə narizi Samvel Babayanın da adı silah biznesində çəkilir. Öz mövqeyindən istifadə edən Babayan İrana və ordan xaricə silah qaçaqmalçılığında rol oynayan əsas fiqurlardan biri idi.

Digər maraqlı faktlar 2018-ci ilə təsadüf edir. Belə ki, keçən ilin iyun ayında general Manvel Qriqoryan evində silah saxlanılmasına görə həbsə atılmışdır. O zaman erməni ictimaiyyətində bu hadisə ciddi rezonans doğurmuşdu.

Politoloq Zaur Məmmədovun sözlərinə görə, görünən odur kı, bugünkü Ermənistanın siyasi, iqtisadi, hərbi elitası bütün növ cinayətlər üzrə peşakardır.

“Ermənistanın bir dövlət kimi bəşəriyyət üçün təhlükə olmasına bariz nümunə olan britanıyalı araşdırmaçının kitabı bu xüsusda yeganə faktlarla dolu mənbə deyil. Erməni mütəşəkkil cinayətkar qrupların İspaniya, Almaniya və Fransada yaratdıqları qeyri-qanuni kriminal imperiyalar haqqında artıq Avropanın bir çox kütləvi informasiya vasitələrində məlumatlar getməkdədir. Biz azərbaycanlılar bu kimi məlumatları yaymalı, ermənilərin əslində dünya təhlükəsizliyinə zərbə vuran ən böyük aktorlardan biri olmalarını qeyd etməliyik. Son zamanlar dünyanın bir çox ölkələrində ermənilərin imicinə ağır zərbələr vurulmaqdadır. Baxmayaraq ki, bütün bu illər ərzində erməni lobbisi tərəfindən oturuşmuş, koordinasiyalı siyasət aparılmaqdadır”, - deyə həmsöhbətimiz qeyd edib.

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı