AzerRos və AzerMos Fuad Abbasova qarşı ermənilərlə birləşdi "Vətənə xain olanlar düşmənlərə yar oldu..."

Siyasət 11:26 19.03.2019

Eurasia Diary xəbər verir ki, Moskvada azərbaycanlı-erməni dəyirmi masası keçirilib.

 

Moskvada yerləşən Azərbaycanlıların iki diaspor təşkilatı - Moskvada Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzərMos) və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzerRos) 2019-cu il martın 12-də Moskvada erməni təşkilatlarının nümayəndələrinin iştirakı ilə Moskva Millətləri Evində toplantı keçiriblər. İclas iştirakçıları Misra TV jurnalisti Fuad Abbasovun həbs edilməsi və deportasiyası haqqında Rusiya Federasiyasının muvafiq orqanlarına müraciət ünvanlayıblar.

 

Dəyirmi masanın iclasında AzərMos sədri Ağadadaş Kərimov Fuad Abbasovu yalançı vətənpərvər adlandırıb və onun Rusiyadakı diaspor təşkilatlarının fəaliyyətini pozduğunu deyib. Kərimov öz çıxışında, pagan simvolu hesab etdiyi nar bayramının Moskvada keçirilməsini tənqid edib. O, həmçinin Rusiyada  keçirilən müxtəlif tədbirlərdə Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxıb.

 

"Milli etnik münaqişələrdə milli-ictimai təşkilatların cəlb edilməsi cəhdləri" məruzəsi ilə çıxış edən tədbir iştirakçısı Nizami Quliyev Fuad Abbasovun Sankt-Peterburqdakı keçmiş konsulluğunun rəhbəri Qudsi Osmanovun yolunu izlədiyini bildirib. Quliyev həmçinin Abbasovun Rusiyada bir azərbaycanlı qruplaşma yaratması niyyəti ilə bağlı xəbərdarlıq edib. O, Fuad Abbasovun Bakıdan Rusiya Federasiyasında təhlükəsizliyini pozmaq və sabotaj fəaliyyəti həyata keçirmək  üçün göndərildiyini bildirib.

 

Diaspora fəalı Azər Safarov Qarabağlı azərbaycanlıların Rusiyadan qovulmasını tələb edib. "Kim mübarizə aparmaq istəyirsə, buradan getsinlər, Rusiya sülh məkanıdır, hamımızın bu sülhü qorumaq kimi bir vəzifəmiz var". Səfərov Abbasovun ekstremist adlandırılmasına qarşı çıxıb və əlavə edib ki,  Fuad Abbasov sadəcə provokatordur və onun arxasında duran şəxslər Azərbaycan Prezident Administrasiyasında oturur. Səfərovun sözlərinə görə nə qədər ki, Ramiz Mehdiyev, Əli Həsənov və digərləri Azərbaycanda hakimiyyətdə olacaq, o qədər də bizim başmız ağrayacaq. A. Səfərov qeyd edib ki, “Biz burada problem istəmirik və bütün xalqlarla birgə qardaş kimi yaşayırıq, Fuad Abbasov kimilər bizim üçün durmadan yeni problemlər yaradır”. O, bildirib ki, tez bir zamanda Rusiyanın hökümət rəsmiləri Azərbaycanla təmasa keçməli və bu problemi həll etməlidirlər.

 

İclasda iştirak edən erməni hüquqşunas və diaspora fəalı, iki erməni teatrının təsisçisi, Manuk Şamirov da çıxış edərək bilirib ki, “Artıq Abbasovla bağlı şikayətləri və onun deportasiyasıyla bağlı müraciətləri müxtəlif Rusiya dövlət qurumlarına (təhlükəsizlik, immiqrasiya siyasəti və s.) göndərib. Məni qəzəbləndirən əsas amil isə Abbasovla bağlı müraciətlərə Rusiya dövlət qurumları heç bir cavab vermirlər. Abbasov və Azərbaycan kəşfiyyatçısı İbad Hüseynovun Moskvada görüşü yadımdadır. Bu o Hüseynovdur ki, Monte Melkonyanın başını kəsdiyini iddia edir. Abbasov bu adamla nə səbəbə Moskvada görüşüb? Həmçinin Abbasov bir müddət əvvəl alış və ermənilərin birgə keçirdikləri tədbirləri qanunsuz yolla öz adamları tərəfinən pozub. Rusiya hüquq-muhafizə orqanları bu əməllərə nə üçün reaksiya vermir?”

 

Dəyirmi masaya dəvət olunmuş Levon Albertoviç Muxanyan (Rusiya-Erməni İttifaqının vitse-prezidenti), Abbasovun idarə etdiyi üç azərbaycanlının 2016-cı il noyabrın 4-də Moskvada Qarabağ erməniləri, ermənistanlılar, türklər və azərbaycanlıların öz dövlətlərinin bayraqlarıyla keçirdiyi yürüşü qanunsuz yolla dayandırdıqlarını bildirib. M.Mukanyan çıxışının sonunda Rusiya hakimiyyət orqanlarından F. Abbasovun fəaliyyətinə hüquqi qiymət verməsini tələb edib.

 

Qeyd edək ki, toplantıdan sonra Kərimov və Sadıxova arasında ciddi mübahisə baş verib. Mübahisəyə səbəb də məhz iclasda ermənilərin iştirakı olub.

 

Göründüyü üzrə Rusiyada azərbaycanlıların əsas diaspora qurumları hesab edilən AzerRos və AzerMos vətənə xəyanətə davam edirlər. Onlar bir qrup erməni lobbiçini başlarına yığıb bir azərbaycanlı jurnalistə qarşı mübarizə aparırlar. Sapı özümüzdən olan baltalara qarşı fəal mübarizə aparan F.Abbasovu bütün azərbaycanlılar müdafiə etməlidirlər. Ən azından ona görə ki, o dəyirmi masada iştirak edən erməni nümayəndələrin sözləriylə desək ermənilərə “problemlər yaradır və onların təbliğat kampaniyasına mane olur”. Doğurdan da Rusiya kimi Dağlıq Qarabağ probleminin həllində spesifik təsiri olan bir ölkədə bizim diaspora qurumlarımız vətənpərvər olduğuna görə bir azərbaycanlı jurnalisti, F. Abbasovu Rusiyadan deportasiya etdirmək, hətta həbs etdirməyə çalışırlar. Nizami Rəmzi demişkən “Qeyrətin namusun pula satanlar, vətənə xaindir, düşmənlərə yar”...

 

Kamal Əli

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı