Şri-Lankada terror aktı törədənlərin cəzalarına çatacaqlarına əminik.
Bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Şri-Lankada törədilən terrorla bağlı Real-a danışarkən bildirib.
Şeyx qeyd edib ki, "Yaradandan ötrü insanlar eynidir və məscidlər kimi kilsələr də insanların yaradana sığındığı, özünü, imanını etibar etdiyi məbədlərdir. Terror hadisələrinin kilsələrdə, Müqəddəs pasxa bayramı ilə eyni zamanda törədilməsi cinayətkarların amansız mahiyyətindən və nə qədər məkrli olmasandan xəbər verir! Terordan əziyyət çəkən Azərbaycanda Şri-Lankalıları yaxşı başa düşürlər. Əminik ki, cinayətkarkar cəzalarına çatacaqlar!
Bütün Qafqazın Şeyxi həmçinin terror aktlarında həlak olanların ailələrinə başsağlığı verib, yaralanan və xəsarət alanlara şəfa diləyib.