Almaniyanın siyasi fondları Azərbaycana qayıda bilər Ssəfirlikdən açıqlama

Siyasət 13:37 25.04.2019

Berlin Bakı ilə danışıqlar aparır; səfirdən mühüm açıqlama

Almaniya rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə edir və müsbət nəticələrə ümid bəsləyir. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.

“Fridrix Ebert və Fridrix Nauman fondlarının qaytarılması müzakirə olunurmu?” sualına cavabında səfir deyib ki, bu məsələ müzakirə olunur: “Əlbəttə, biz istərdik ki, Almaniya siyasi fondlarının fəaliyyəti bərpa olunsun. Bununla bağlı danışıqlar aparırıq. Çox istəyirik və ümid edirik ki, müsbət nəticə əldə olunacaq".

Səfir Almaniyanın Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq sazişə dair danışıqları dəstəklədiyini bildirib: “Biz ümid edirik ki, danışıqlar uğurla yekunlaşacaq. Bu saziş imzalandıqdan sonra Azərbaycan və Aİ arasında əlaqələrin daha da inkişafına təkan veriləcək. Azərbaycan və Aİ arasında ”açıq səma" prinsipini nəzərdə tutan aviasiya sazişinin imzalanması Azərbaycana turist axınına da yardım edəcək. Bundan əlavə, Aİ ilə ümumi aviasiya məkanı haqda saziş turizmin inkişafına təkan və töhfə verəcək. Bildiyim qədərilə saziş üzrə danışıqlar hazırda intensivləşdirilib".

Mixael Kindsqrab Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, Almaniya Qarabağ münaqişəsində status-kvonun saxlanmasını qəbuledilməz sayır: “Biz münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlara çağırırıq və ATƏT-in Minsk Qrupunun, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin bu yöndə səylərini dəstəkləyirik. ATƏT-in Minsk Qrupu çərçivəsində bütün prosesləri, Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin, həmçinin iki ölkə xarici işlər nazirlərinin görüşlərini diqqətlə izləyirik. Ümid edirəm ki, bu proses çərçivəsində konkret nəticələrə nail olunacaq”.

Səfirin Almaniyanın rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə etdiyi barədə açıqlaması xüsusilə yeni hadisə hesab edilir. Almaniyanın Azərbaycanda hansı fondları var idi və onlar Azərbaycandakı fəlaiyyətlərini nə üçün dayandırmışdılar? Həmin fondların Azərbaycanda fəaliyyətinin bərpası ictimai təşkilatlara, siyasi partiyalara lazımdırmı? Danışıqlar müsbət nəticələnə bilərmi? Müsbət nəticələnsə ABŞ-ın da Azərbaycandan çıxarılan və çıxan fondlarının geri qayıtması üçün presedent yarana bilər?

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Almaniyanın Azərbaycanda fondları bir zamanlar çox aktiv idi. Əsasən Fridrix Naumann, Konrad Adenauer, Fridrix Ebert fondları müxtəlif layihələrə qrantlar ayırırdılar. Bu qrantlar ictimai təşkilatlara daha çox ayrılırdı və onların arasında hökumətyönümü təşkilatlar da az deyildi. Hökumət 2014-cü ildə həmin fondların ölkədən çıxmasına səbəb olan addımlar atdı: “Almaniya fondları siyasi təşkilatlara bildiyim qədər qrantlar ayırmırdı, amma müxtəlif sahələr üzrə onlarla birgə maarifləndirici tədbirlərin keçirilməsini maliyyələşdirirdilər. Nəzərə alsaq ki, adını çəkdiyim fondlar Almaniyada konkret siyasi partiyaların fondları kimi fəaliyyət göstərir, o zaman onların siyasi proseslərin gedişatında maraqlı olmaları təəccüblü olmamalıdır. Bu səbəbdən də o fondların digər fondlar kimi Azərbaycan hökuməti ilə zaman-zaman problemləri yaşanmışdı və nəticədə həmin fondlar ölkədən getmişdilər. Lakin fondlar ölkədən gedəndən sonra qrantların alışı dayandımı? Yox. Bir çox hallarda qrantlar tamam başqa yollarla, qaranlıq mənbələrdən alınmağa başladı ki, prosesə nəzarət imkanlarını mümkünsüz etdi”.

Ekspert hesab edir ki, belə fondların Azərbaycanda fəaliyyət göstərməsi lazımdır və vacibdir. Çünki rəsmi şəkildə qanunlara uyğun fəaliyyət qrantların  və görülən işlərin şəffaflığına xidmət edir. Eyni zamanda ölkədə vətəndaş cəmiyyətinin, siyasi tolerantlığın inkişafında əvəzsiz xidmət göstərir: “Bir zamanlar ölkədə müxtəlif fondların, o cümlədən alman fondlarının olduğu vaxtlar siyasi partiya funksionerləri, onların gənclər təşkilatı rəhbərləri ilə çoxsaylı seminarlar,  konfranslar təşkil olunardı. Bu tədbirlərdə müxtəlif siyasi partiya nümayəndələri hakim partiya nümayəndələri ilə rahat fikir mübadilələri edərdilər, bir-birilərinə də münasibətdə çox nəzakətli olardılar. Hansı ki, bu gün belə münasibətdən danışmaq mümkün deyil. Amma səfirin söylədiyi kimi, həmin təşkilatların Azərbaycana yenidən gəlməsi hakimiyyətlə danışıqdan keçir və ortada şərtlərin olacağı birmənalıdır. Deyə bilmərəm ki, bu danışıqlar hansı səviyyədə keçir və danışıqlar predmeti konkret nədir. Əgər müsbət nəticə olarsa, bu, o demək olmayacaq ki, digər fondlar üçün də qapı dərhal açılacaq. Məsələnin həlli hakimiyyətlə fərdi danışıqlardan keçir. Bu danışıqlarda razılaşma olmalıdır ki, hansısa beynəlxalq təşkilat fəaliyyətini ölkəmizdə bərpa eləsin. Eyni zamanda unutmamalıyıq ki, hakimiyyət istənilən halda qrant verən fondların Azərbaycanda olub müstəqil fəaliyyət göstərməsini istəməyib. Əgər bu mövqe dəyişərsə, deməli, fəaliyyət razılaşdırılmış çərçivədə həyata keçiriləcək. Onların belə halda burada olmasının isə elə bir müsbət nəticəsi olmayacaq. Ya da ki, alman siyasi fondlarının geri qayıtması ölkədə siyasi islahatların keçirilməsi istiqamətində plana aiddir. İkinci hal inkişafa xidmət edən bir addım olardı”.

Əvəz Həsənov ile ilgili görsel sonucu

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovun sözlərinə görə, Azərbaycan hökumətinin 2014-cü ilin fevralında qanunda etdiyi dəyişiklikdən sonra tələb edildi ki, beynəlxalq fondlar Azərbaycanda qeydiyyatdan keçmək üçün icazə alsınlar. Bu icazənin alınmasının isə proseduru olmadığı üçün xarici fondların çoxu, həmçinin Almaniya fondları Azərbaycanda fəaliyyətini dayandırmalı oldular: “Alman fondlarının ölkəyə qaytarılması hökumətin marağındaydı. Amma onların qayıtması və fəaliyyətə başlaması nə zaman və necə baş verəcək, bu, çox çətin məsələdir. Çünki qanunvericilik bizdə onların qayıdıb fəaliyyətə başlaması üçün baryer yaradır. Almaniyanın Azərbaycanda üç fondu daimi işləyirdi, onların nümayəndəliyi və daimi proqramları var idi. Bir fond-Henrx Böl Fondu isə vaxtilə burada çox intensiv işləyirdi və sonra Gürcüstana keçdi. Fondların dördü də Gürcüstanda fəaliyyət göstərir. Ermənistanda proqramları davam edir. Bu fondların bəziləri Azərbaycanda siyasi partiyalarla da işləyirdilər. Hətta hökumət də həmin fondların siyasi partiyalarla təşkil etdiyi tədbirlərə qatılırdı. O fondların gedişi siyasi partiyalara təbii ki, mənfi təsir etdi.

Almaniya fondlarının geri qayıtması baş versə belə, bunun ABŞ fondlarının da geriyə qayıtmasına təsir göstərəcəyini birmənalı söyləmək olmaz. Hazırda ABŞ-ın Azərbaycanda yalnız bir fondu-USAİD fəaliyyət göstərir. Hökumətlə USAİD-in müəyyən razılaşmaları var".    

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı