Bildiyiniz kimi, Aİ, ilk növbədə, prezident Mişel səviyyəsində çağırılan liderlərin görüşləri, eləcə də Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaarın tərəflərlə apardığı gündəlik işlər vasitəsilə sülh yolu ilə nizamlanma prosesində fəal iştirak edir.
Ednews caucasianbyrea-a istinadən xəbər verir ki, Toyvo Klaar çıxışı zamanı, ikitərəfli səviyyədə həyata keçirilən və beynəlxalq hüququn müddəalarına və Almatı Bəyannaməsinə uyğun qərarları dəstəkləndiyini vurğulayıb.
Daha sonra o bildirib ki, bu prosesdə təbii ki, bütün ərazilər, o cümlədən Azərbaycan bölmələrinin yerləşdiyi və Ermənistan SSR-in tərkibində olan ərazilər, habelə Ermənistan bölmələrinin yerləşdiyi və Azərbaycan SSR ərazisində olan ərazilər müzakirə edilməlidir.
Aİ hər zaman hər hansı bir təhdiddən çəkinməyin, eləcə də Ermənistanla Azərbaycan arasında həll olunmamış bütün problemlərin yalnız sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Xəyal Ramiz