Gürcüstanın paytaxtında Türkiyə Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar ilə Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri İrakli Çikovani arasında görüş keçirilib.
Ednews xəbər verir ki, görüş zamanı Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Bildirilib ki, üçtərəfli əməkdaşlığın məqsədi regional təhlükəsizliyi gücləndirməkdir.
Qeyd edək ki, bu il Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.