İranda məcburi hicaba görə xəstəxana bağlandı.
Ednews - un məlumatına görə sosial şəbəkələrdə paylaşılan videoya əsasən, Tehranın Moheb Mehr xəstəxanası məcburi hicab qaydalarının pozulmasına görə bağlanıb.
Məlumata görə, xəstəxanada olan xəstələr, həkimlər, tibb bacıları və başqa işçilər binadan çıxarılıblar.
Qeyd edək ki, İranın hökumət mediası xəstəxananın bağlanmasını təkzib edib.
Əkbər Novruz