Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı qüvvələri Kəlbəcər rayonunda yerləşən alban məbədi Xudavəng monastrının ərasini tərk edib. Bununla da kontingentin Azərbaycan ərazisini tərk etməsinin yeni mərhələsi başlayıb.
Rusların Qarabağı tərk etməsi Azərbaycanın növbəti uğuru hesab etmək olarmı? Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edirlər. Kremlin qərarı nə ilə bağlıdır? Kremlin bu qərarı həm də revanşistləri Baş nazir Nikol Paşinyanın üstünə salmaq və ya daxildə gərginliyi artırmaq məqsədi ilə bağlıdır?
Gündəm mövzusu ilə Ednews-a açıqlamasız zamanı Əlimusa İbrahimov bildirdi ki, rus sülhməramlılarının Qarabağı tərk etməsi gündəliyin əsas mövzusudur. Çünki, bu nə qədər gözlənilən olsa da siyasi dairələr tərəfindən bu səviyyədə proqnozlaşdırılmırdı, yəni sülhməramlıların gec-tez Azərbaycanı tərk edəcəklərinə hamı ümid bəsləyənlərin sayı daha çox idi:
"Düşünülürdü ki, ermənilərin Qarabağı tərk etməsindən sonra rusların burada qalması üçün heç bir zərurət qalmayıb. Amma Rusiya tərəfi də regiondan çıxacağı barədə heç bir eyham vurmurdu. Məhz buna görə də Rusiyanın bu addımı təəccüblə qarşılandı. Amma düşünürəm ki, Azərbaycan tərəfinin bu barədə məlumatı var idi və sülhməramlıların mövcudluğunu Azərbaycan üçün təhlükə hesab edənlərə cavab verməyə belə tələsmirdi. Azərbaycanın cavabı nəhayət sülhməramlı kontingentin çıxarılması xəbəri ilə verildi".
Politoloq qeyd etdi ki, sülhməramlıların çıxarılmasından sözün əsl mənasında şoka düşən Azərbaycan düşmənləri bu addımda yenə də gizli məna axtarmağa çalışır, Rusiya ilə Azərbaycan arasında yeni müqavilənin imzalanacağı anonsunu verirlər:
"Hətta yaxın günlərdə Azərbaycanda Rusiyanın bazasının yaradılacağını proqnozlaşdıranlar da var. Amma bütün bunların hamısı boş şayiələrdən başqa bir şey deyil. Rusiya sülhməramlıların qarşıya qoyduqları missiyanın başa çatdığını görərək onları səlahiyyət müddəti bitmədən regiondan çıxardı. Bununla da Qərb və Amerikadan fərqli olaraq Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına sadiq qalmasını nümayiş etdirdi. Bundan sonra ermənilər və onların arxasında dayanan qüvvələr Azərbaycanla Rusiyan arasında olan münasibətlər haqqında hansı rəvayət uydurursa uydursunlar. Rusiyanın sülhməramlı kontingentini Azərbaycandan çıxarılması indiki halda bizim mənmafeyimizə cavab verir və biz bundan sonra da maraqlarımıza uyğun hərəkət edəcəyik".
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
Oğuz