ABŞ konqresinin üzvü Gas Bilirakis Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti haqqında çıxış edərək Ankaranın bu regionda aktiv fəaliyyətini qınayıb.
Ednews erməni mediasına istinadən xəbər verir ki, ABŞ rsəmisi həm də qondarma erməni soyqırımı haqqında da danışıb. Onun sözlərinə görə Türkiyə bu soyqırımı tanımalıdır. Konqres üzvü həmçinin onu da bildirib ki, ABŞ hər zaman özünün Cənubi Qafqazdakı müttəfiqi müdafiə edəcək.
Xəbərə görə, Bilirakis Dağlıq Qarabağdan köç edən ermənilərin tez bir zamanda bütün ehtiyaclarının qarşılanmalı olduğunu vurğulayıb.
Fərid