Rusiya ordusunun sülhməramlıları Qarabağı tərk etməkdədir. Vaxtından əvvəl regionu tərk edən rus qoşunları Rusiyanın regiondakı həqiqi maraqları haqqında müxtəlif fikirlər yaradıb. Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının arxa planında nə dayana bilər?
Gürcüstanın keçmiş təhsil və elm naziri, Qafqaz Sülh İnstitutunun rəhbəri, politoloq Gia Nodia öz proqnozlarını Ednews ilə bölüşüb.
“Sözsüz hələ ki, qərarın hansı məqsədi hədəflədiyi bəlli deyil, lakin ilk spekulasiyam Rusiyanın Ermənistanı sədaqətsizliyinə görə cəzalandırmaq istədiyi ola bilər. Artıq bilirik ki, Ermənistan artıq Rusiyaya tabe deyil, ən azından belə iddia edirlrə. Bu da bir növ cəzadır. Ermənistan mediasında da bunu görə bilirik. Başlıqlar, kontekstlər qorxu içində dərc edilir. Bir digər təxminin, odur ki, ola bilsin, bu Rusiyanın Qafqaz siyasətinə yenidən nizamlamağı hədəfləyir . Zənnimcə, Rusiya özünü Gürcüstana və Azərbaycana daha dost, müttəfiqlik kursu ilə yanaşacaq. Digər tərəfdən də ola bilsin ki, onun Türkiyənin təsir dairələrini azaltmaqla bağlı planları da var. Bütün bunlar hərçəndə ola bilsin ki, yuxarıda qeyd etdiyim Qafqaz siyasətinin ümumi düzəlişinin bir hissəsi olsun”.
Əkbər Novruz