Almaniyadan Ukraynaya yeni silah tədarükü ediləcək.
Ednews xəbər verir ki, Kiyevə müharibə üçüb bu silahlar veriləcək:
– 1 Skynex hava hücumundan müdafiə sistemi;
– 10 ədəd Marder 1A3 piyada döyüş maşını;
– 1 ədəd Biber körpü çəkmə çəni;
– 6 ədəd M1070 tank traktoru;
– 1 mühəndis avtomobili Pionierpanzer 2A1 Dachs AEV;
– 3 min RGW90 MATADOR qumbaraatan;
– 1 TRML-4D radarı;
– IRIS-T SL raketləri;
– Gepard APU üçün demək olar ki, 30 min 35 mm APDS-T alt kalibrli mərmi;
– Leopard-2 tankları üçün döyüş sursatı;
– avtomatik qumbaraatanlar üçün 18 min 40 mm-lik mərmi;
– 120 mm minaatan mərmiləri;
– 7,5 min 155 mm mərmi;
– helikopterlər üçün 1 bortda AMPS raketdən müdafiə sistemi;
Kanada həmçinin Ukraynaya 50 zirehli transportyor təhvil verəcək.
İlk 10 ACSV Super Bison döyüş maşını bu yay Almaniyaya göndəriləcək, burada Ukrayna hərbçiləri müvafiq təlim proqramından keçəcəklər və payıza qədər onlar cəbhəyə getməlidirlər.
2022-ci ilin iyul ayında Ukrayna Silahlı Qüvvələri artıq bu tipli 40-a yaxın maşın alıb.
Zirehli transportyorların yeni tədarükü Kiyevə 650 milyon dollarlıq hərbi yardımın bir hissəsi olacaq.
Əkbər