SENSASİYALI İDDİA insan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın...

Elm və texnologiya 23:02 22.04.2018

Səmavi dinlərdə qeyd olunur ki, Tanrı Həvvanı Adəmin qabırğasından yaradıb. Ateistlər illər boyu buna barmaqarası yanaşsalar da bugünkü tədqiqatçılar dini rəvayətləri əsassız saymırlar. Belə bir fərziyyə mövcuddur ki, ilk qadın Yer üzündə məhz kişilərin sayəsində yaradılıb, amma bu planetdəki deyil, başqa dünyadan gəlmiş kişilərin!

Belə ki, təqribən 80 il bundan qabaq amerikalı antropoloqlar Lin və Berqer mağara insanlarının sümük qalıqlarını araşdırarkən heyrətə gəlmişdilər.

Buna səbəb ibtidai qadınların iki deyil, dördayaqlı olması faktı imiş. Tapılan sümüklər belə deməyə əsas verir. Amma kişilər elə əvvəldən ikiayaqlı, dik gəzən olublar.

Bundan qaynaqlanan araşdırmaçılar maraqlı bir mülahizə irəli sürüblər: təxminən 60 min il bundan qabaq Yer Kürəsinə yadplanetli kişilər gəliblər. Onlara qadın lazım olduğu üçün axtardıqlarını bu dünyada da tapa bilmədiklərindən dişi meymunları “insan”laşdırıblar.

Sual yarana bilər ki, bəs yadplanetlilərin öz dünyasında qadın yox idi? Alimlər güman edirlər ki, bu kişilər öz dünyasından qovulmuş canilər, üsyankarlar ola bilərdi. Ya da Yer Kürəsinə enməyə məcbur olmuşdular. Yaxud elmi təcrübə aparırdılar. Yəni hansısa səbəbdən öz planetlərinə qayıda bilmədikləri üçün burada qadına ehtiyacları varmış.

Hər halda yadplanetlilər həmin zamanda gen texnologiyasına malik idilər, ona görə də dişi meymunu dörd ayaqdan ikiyə qaldıra bilmişdilər. Ümumiyyətlə, qədim insanların məişətə, tibbə, təbiətə aid bir çox şeyləri gəlmələrdən öyrəndiyi məlumdur. Məsələn, qədim insanlar tunc dövründə demək olar ki, dünyanın hər bir guşəsində eyni anda tuncdan alətlər düzəltmişdilər. Rabitənin, okeanları üzüb-keçəcək nəqliyyatın olmadığı bir dönəmdə dünyanın bu başındakı insan o bir ucundakının nə düzəltdiyini, hazırladığını haradan bilirdi? Kim bu yeni qabiliyyətləri dünyanın hər tərəfinə yayırdı? Bunu Buddist mənbələr də təsdiqləyir. Onların Tanrı dedikləri varlıqlar dini rəvayətlərində gümüşü qabda uçub gəlmiş, qüdrətli məxluqlar kimi təsvir olunur. Sonra dini mənbələrində bildirilir ki, “Onlar bizə torpaq əkməyi, ev tikməyi, əşyalar hazırlamağı, xəstə sağaltmağı öyrətdilər...” Təbii ki, qədim insanlar “yadplanetli”, “elmi-təcrübi”, “texnologiya” və s. sözlərdən, fəaliyyətlərdən xəbərdar olmadıqları bir vaxtda bu cür varlıqları tanrı hesab edəcəkdilər.

Bu, hələ son deyil! XIX əsrin ortalarında Bullos və Kilmor ABŞ-ın Kentukki ştatında, bərkimiş vulkan lavasının üstündə insan ləpirinə bənzər iz tapmışdılar. Amma araşdırmalar göstərmişdi ki, həmin ləpir düz 300 milyon il əvvələ aiddir. Bəs elmi nəzəriyyəyə görə həmin tarixdə Yerdə insan nədir, heç canlı orqanizm də yox idi?! Deməli, bu ləpir insana aid deyildi, başqa planetin varlıqlarına məxsus idi.

Görünür, insanlıq tarixi heç də bizim düşündüyümüz kimi deyilmiş. Belə ki, amerikalı tədqiqatçı Zəkəriyyə Sitçin iddia edir ki, insan Nibir planetindən gəlmiş məxluqların “gen mühəndisliyi” sayəsində yaradılıb. Təxminən 300 min il əvvəl onlar Yer Kürəsinə gələrək buranın təbii resurslarından istifadə ediblər. Amma onlar öz ağır işlərində çalışdırmaq üçün kölələrə gərək duyulurdu. Bunun üçün insanabənzər meymunların əməyindən yararlanırdılar. Amma əvvəlcədən bu insanabənzər heyvanların genlərində dəyişiklik etmək lazım idi. Xüsusilə də ağır işləri görmək üçün onlara güclü məxluq – kişi lazım idi. Daha sonra yaradılmış məxluqların çoxaldılması üçün onun dişisini yaratmağa ehtiyac vardı ki, beləliklə də kişi xromosomları vasitəsilə meymunların dişisindən ilk qadınlar yaradılır. Sonrası isə məlumdur... İnsan nəsli beləcə çoxalıb davam edir.(publika)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı