Müşahidə Eynşteynin nisbilik nəzəriyyəsini sübut edib.
“Bu, S2 ulduzu və qara dəliyin ikinci yaxınlaşmasıdır. Digər tərəfdən alətlərin dəqiqliyi son on ildə daha da artıb və biz bu görüşü müşahidə etdik”, - deyə Maks Plank deyib.
Süd Yolu Qalaktikasının mərkəzində və ehtimal edilir ki, Kainatın digər qalaktikalarının mərkəzində qeyri-adi, nəhəng qara dəlik var. Bizim qalaktikadakı qara dəlik Günəşdən dörd milyon dəfə ağırdır və Yerdən 26 min işıq ili uzaqda yerləşir.
Astronomların “SgrA” adlandırdığı qara dəliyi onlarla ulduz və bir neçə nəhəng qaz buludu əhatə edir. Bu cisimlər qara dəliyə yaxınlaşır və təhlükəli məsafədə dayanır. Eynşteynin nəzəriyyəsinə əsasən, bu yaxınlaşma relyativ effektlə bağlıdır və ulduzların orbitinə təsir edir, hərəkətini dəyişir.