"Google" şirkətinin məşhur "Google Pixel 3" və "3 XL" telefon modellərinin təqdimat tarixi açıqlanıb.
"Mynet.com" bildirir ki, təqdimat oktyabr ayında ABŞ-ın Nyu-York şəhərində baş tutacaq.
Yeni modellər nahamar dizaynı ilə seçilir. Mobil telefonlarda əvvəlki modellərdə olduğu kimi tək ana kamera olacaq. Daxili yaddaş 64 və128 GB-dir.
"Pixel 3"ün 649 dollardan, "Pixel 3 XL"in isə 849 dollardan satışa çıxarılacağı gözlənilir.