Bu gün İsveçin paytaxtı Stokholmda 2018-ci il Nobel həftəsi çərçivəsində tibb və fiziologiya üzrə mükafat təqdim olunub.
Eurasia Diary-nin məlumatına görə, bu il bu mükafatı amerikalı immunoloq Ceyms Allison və yaponyalı immunoloq Tasuko Honco əldə edib.
Onlar xərçəngin müalicəsində yeni immun terapiya üsulunu kəşf etdikləri üçün mükafata layiq görülüb.
Qeyd edək ki, oktyabrın 2-i fizika, oktyabrın 3-ü kimya üzrə Nobel mükafatları təqdim olunacaq.
Builki laureatların arasında Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, KXDR lideri Kim Çen In və məşhur aktyor Corc Kluninin hüquqşünas və hüquqları müdafiəçisi həyat yoldaşı Amal da yer alıb.