Forbes bu il 37-ci dəfə "Ən zəngin 400 Amerikalı" adlı siyahısını açıqladı.
ABŞ-da ən zəngin adam Amazon şirkətinin icraçı direktoru Jeff Bezos olub. Onun sərvəti bir il ərzində 78,5 milyard dollar artaraq 160 milyard dollara çatıb.
"Forbes 400"ün keçən il bütövlükdə 2,7 trilyon dollar olan sərvəti bu il 2.9 trilyon dollara çatıb. 24 il siyahıda ilk yerlərdə olan Microsoft-un qurucusu Bill Geyts siyahıda 97 milyard dollarlıq sərvətlə ikinci sırada yer alıb.