Alimlərdən yeni kəşf - Ayın görünməyən hissəsi Yerlə əlaqələndiriləcək | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


Alimlərdən yeni kəşf - Ayın görünməyən hissəsi Yerlə əlaqələndiriləcək

Elm və texnologiya A- A A+

Çin “Çan'e-4” kosmik proqramı çərçivəsində Ayın Yerdən görünməyən hissəsinə ixtiraçı aparat göndərməyi planlaşdırır.

Eurasia Diary xarici mediaya istinadən  xəbər verir ki, adı çəkilən proqram çərçivəsində 2020-ci ildə Ayın görünməyən hissəsinə platforma endiriləcək və rover oradan hərəkətə başlayacaq. Ayın görünməyən hissəsinə endirilən roverin təsviri artıq təqdim olunub.

Chang'e-4 adlı roverin yerüstü hər cür sınağı keçirilib, lakin start tarixi hələ dəqiqləşdirilməyib. Səthə enən modulda enmə kamerası, iki ədəd lanşaft kamerası, Günəş alışmalarının aşağı tezlikli spektrometri vasitəsi ilə öyrənilməsi avadanlığı, xüsusi bioloji eksperimentlər aparmaq üçün konteyner və neytron dozimetri kimi elmi avadanlığın olması nəzərdə tutulur.

“Çan’e-4”proqramı çərçivəsində iki mikropeyk (hər biri 45 kq) səma obyektlərinin 1MqH-30 MqH arası (300 m-10 m) energetik hadisələrinin müşahidəsini və qeydiyyatını aparacaq.

Qeyd edək ki, bundan əvvəl Yerin ionosferinin maneəsinə görə belə müşahidələr aparılmırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...