BAMF BMT Baş Katibinə müraciət edib

Cəmiyyət 15:44 29.08.2017
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə etiraz əlaməti olaraq BMT Baş Katibi Antoniu Quterreşə müraciət ünvanlayıb. 
Tövsiyyələri nəzərdə tutan ilkin hesabat hələ 2017-ci il iyunun 9-da komitəyə təqdim olunub. Tövsiyə müzakirədən, düzəlişin qəbul edilməsindən və yekun səsvermədən sonra 2017-ci il iyulun 5-də qəbul edilib.
Təklif edilmiş və qəbul olunmuş düzəlişlərdə Azərbaycanın haqq səsi açıq aydın boğulub. Tövsiyənin son variantı Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə real faktları təkzib edir və oxucunu çaşdırır.
Qəbul edilmiş tövsiyə beynəlxalq normalara uyğun olmadığı üçün və BMT-nin əsrin bir rübündən çox davam edən münaqişəyə dair rəsmi mövqeyini əks etdirmədiyi üçün yenidən ciddi və hərtərəfli baxılmağı tələb edir.
BAMF hesab edir ki, ictimai təşkilatlar, həmçinin müxtəlif strukturlar bu müraciətə qoşulmalı və 2017-ci il sentyabrın 12-də öz işinə başlayacaq BMT Baş Assambleyasının 72-ci sessiyasında Avropa Parlamentinin təklif etdiyi tövsiyəyə ədalətli qiymət verilməsinə dair çağırış etməlidir. 
 
Eurasia Diary müraciətin tam mətnini təqdim edir:
 
“Hörmətli cənab Antoniu Quterreş,
 
Biz Sizə Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə xüsusi diqqət yetirməyiniz üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) adından müraciət edirik. Əgər diqqət yetirsəniz, orada Azərbaycana qarşı ədalətsiz yanaşmanın olduğunu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gerçəkliyinin obyektiv əksini tapmadığını görəcəksiniz.
5 iyul 2017–ci ildəki tövsiyədə Avropa Parlamenti xatırladır ki, AB qlobal miqyasda qərarların qəbul edilməsində effektiv təsiretmə gücünə malik olan, sülh və təhlükəsizliyin təmin olunması, insan hüquqlarının müdafiəsi, demokratiya və hüququn aliliyi prinsipinə əsaslanan beynəlxalq nizamın inkişafına təşviq edən Birləşmiş Millətlər Təşkilatının yaradılmasında mühüm rol oynamalıdır.
Qətnamədə deyilir ki, Şərqi və Cənubi Qafqaz ölkələrinin, yəni Gürcüstan, Moldova və Ukraynanın müstəqilliyinə, beynəlxalq hüquq əsasında tanınmış sərhədləri və ərazi bütövlüyünə hörmət edilməlidir. O həmçinin beynəlxalq ictimaiyyəti israrla Krımın qanunsuz ilhaqının tanınmaması siyasətini yürütməyə çağırır. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə qətnamə insan hüquqları və ərazi bütövlüyünə hörmət etmək, gücdən istifadə etməmək və bu ərazilərdə xalqların öz müqəddəratını təyin etməsində bərabər hüququn təmin edilməsinə çağırır.
Buna baxmayaraq, tövsiyədə 25 ildən çox Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarının, Dağlıq Qarabağ və ona bitişik 7 rayon da daxil olmaqla dövlətin 20% ərazisinin işğalı barədə heç bir məlumat verilmir. İşğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir.  Bu 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən təcili, tamamilə və qeyd sərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsdiq edilib. Həmçinin bu sahədə 1993-cü ildə BMT Baş Assambleyasının “Azərbaycanın qaçqın və məcburi köçkünlərə beynəlxalq səviyyədə yardım edilməsi” başlıqlı 48/114 saylı, 2006-cı ildə sentyabrın 7-də “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı 60/285 saylı və 2008-ci il martın 14-də “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı A/RES/62/243 saylı qətnamələri ilə də təsdiq olunub.
Münaqişə başlayan vaxtdan Azərbaycanın minlərlə günahsız vətəndaşı Ermənistanın xüsusi qəddarlıqla törətdiyi işğalçı siyasətindən zərər çəkib. Təkcə 1989-cu ildə sovet ordusunun köməyi ilə 270.000 azərbaycanlı Ermənistandan deportasiya edilib. Bu vaxt Dağlıq Qarabağın özündə yalnız bir neçə on min erməni yaşayırdı. Ərazi baxımından Dağlıq Qarabağ işğal edilmiş 7 rayonun hər birindən kiçikdir. Ermənilər Dağlıq Qarabağda bir neçə min ermənini öz müqəddəratını təyin etmək hüququnu müdafiə etdikləri vaxtda Azərbaycanda 30 ilə yaxındır ki, erməni işğalı və hərbi əməliyyatlarının nəticəsində öz yurdlarından  didərgin düşmüş 1,2 milyon qaçqın və məcburi köçkün əziyyət çəkir. 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür. Bu dəhşətli haldır.
2015-ci il iyunun 16-da Avropa İnsan Haqqları Məhkəməsinin (AİHM)  “Çıraqov  və Ermənistan əleyhinə digərləri” işi ilə bağlı qərarını bəyan edib. Qərarda deyilir ki, Dağlıq Qarabağ, Laçın rayonu və digər ona bitişik ərazilər hazırda işğal altındadır. Məhkəmə 2011-ci il dekabrın 14-də qəbul etdiyi qərardan çıxardığı nəticəni təsdiq edib. Bu qərara görə “DQR”  nə ölkələr, nə də beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hqüquqlu dövlət kimi tanınmır. Belə olan halda AİHM böyük səs çoxluğu ilə bu rejimi inkar edən və etnik təmizləmə və beynəlxalq hüququn digər əsas normalarının ciddi şəkildə pozulması kimi kədərli praktika ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş güc tətbiq edilməsi nəticəsində yaranmış vəziyyətin legitimliyini qəbul etməyən beynəlxalq ictimaiyyətin mövqeyini təsdiqlədi.
Münaqişə dövründə erməni silahlı qüvvələri işğal olunmuş ərazilərdə bütün kəndləri, çoxlu sayda abidələri və mədəni irsi  xüsusi qəddarlıqla dağıdıb, bu zaman dinc əhalini xüsusi amansıızlıqla qətlə yetirib. Təqribən 900 məntəqə, 150.000 ev, 6.000 sənaye və kənd təsərrüfatı müəssisəsi, 1.000.000 hektar əkin sahəsi erməni silahlı qüvvələri tərəfindən dağıdılaraq məhv edilib. Boşaldılmış torpaqlar artıq bir neçə onillikdir ki, istifadə edilmir və atılmış vəziyyətdədir. Bu 21-ci əsrdə qorxunc ekoloji durumdur.
Artıq 3-cü onillikdir ki, Azərbaycan xalqının bütün istəkləri bu münaqişəsinin ədalətli və tez bir zamanda həll olunmasına yönəldilib. Insanlar işğal altında olan evlərinə qayıtmaq istəyir. Hər gün cəbhə xəttinə yaxın kəndlərdə yaşayan dinc sakinlər erməni tərəfinin mütəmadi hərbi təxribatı nəticəsində öldürülmək qorxusu ilə yaşayırlar. Qeyd etmək lazımdır ki, cəbhə bölgəsində erməni tərəfinin mülki əhalisi yoxdur, Azərbaycanın cəbhə boyu rayonlarında isə dinc əhali yaşamağa davam edir. Onlar tez-tez erməni qüvvələrinin hədəfinə çevrilir. Bu halda konfliktə donmuş demək olarmı?
Sülhün bərqərar olması üçün biz münaqişənin real faktları və əsas təcavüzkarın kim olduğunu deməliyik.
80-ci illlərin sonunda münaqişə başlayandan dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin  həll olunmasına kifayət qədər diqqət ayırmayıb və ola bilsin ki, məhz bu səbəbdən buna bənzər digər münaqişələr Moldova, Gürcüstan və bu yaxınlarda isə Ukraynada  baş verib.
Birtərəfli və qərəzli yanaşma vəziyyəti heç vaxt dəyişməyəcək, əksinə daha da dərinləşdirəcək.
Aydındır ki, bu məsələdə beynəlxalq hüququn normaları deyil iri dövlətlərin maraqları rol oynayır. Əks halda heç vaxt bu qədər insanın həyatına son qoymuş konfliktə belə münasibət olmazdı. Təcavüzkarın adı və işğala məruz qalmış tərəf ucadan deyilməli, “münaqişənin tərəfləri” ifadəsi altında gizlədilməməlidir.
Avropa parlamentinin Şurasına gəldikdə isə biz, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan  qeyri-hökumət təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondu bu sənədin həqiqəti əks etdirmədiyini və BMT-nin artıq çoxdan dağlıq Qarabağa dair qəbul etdiyi faktları açıq şəkildə inkar etdiyini diqqətə almanız üçün sizə etiraz məktubu ünvanlayırıq. Bu təşkilatda çalışanların əksəriyyəti 25 ildir ki, münaqişədən əziyyət çəkmiş və bu tövsiyədəki ədalətsizliyi ürək ağrısı ilə qarşılayan, sizin dəstəyinizə ümid edən qaçqın və ya məcburi köçkünlərlərdir.
 
Hörmətli cənab Antoniu Quttereş ,
 
Çox xahiş edirik tövsiyəyə ciddi nəzər yetirəsiniz. Biz sizin münaqişələrin dinc yolla həll edilməsi və bütün dünya ilə əməkdaşlığa dair siyasətinizi dəstəkləyirik. İnanırıq ki, siz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə bilirsiniz. Buna görə də təkidlə Sizdən qəbul edilmiş tövsiyəyə xüsusi diqqət yetirmənizi və ədalətsizliyə yol verməməyi xahiş edirik. BMT bütün tərəflər üçün ədalətli tövsiyə vermək üçün  faktları qiymətləndirərkən ədalətli olmalıdır.
 
Sağ olun”
 
Hörmətlə

Beynəlxalq Avrasiya Mətbuat Fondu

 

PS: İyunun 9-da tövsiyyələrin ilkin variantı yenidən baxılması üçün təqdim edilib. Buna baxmayaraq, edilmiş tövsiyyələrə əlavə düzəlişlər qəbul edilib və sonradan Avropa Parlamentinin Avropa Birliyinin müvafiq Şurasına müraciətinin son variantı qismən dəyişdirilib.

Hər iki mətni düzəliş olunan variantda təqdim edirik:
 
Tövsiyənin ilkin versiyası (9 İyun 2017-ci il)
 
Sülh və təhlükəsizlik
(A) beynəlxalq hüququn bu sahələrdə pozulması hallarında Gürcüstan, Moldova və Ukraynanın da daxil olduğu Şərqi və Cənubi Qafqaz ölkələrinin müstəqilliyinə, beynəlxalq hüquq əsasında tanınmış sərhədləri və ərazi bütövlüyünə hörmət edilməsinə çağırırıq;
Davam etməkdə olan və donmuş münaqişələrin həmçinin Dağlıq Qarabağ da daxil olmaqla regiondakı münaqişənin dinc yolla tam həll olunması üçün diplomatik səylərin dəstəklənməsi və artırılması, insan hüquqları və ərazi bütövlüyünə hörmət etmək, gücdən istifadə etməmək, bu ərazilərdə xalqların öz müqəddəratını təyin etməsində bərabər hüququn təmin edilməsi;
Beynəlxalq ictimaiyyəti təkidlə Krımın qanunsuz ilhaqının tanınmaması siyasətini yürütməyə çağırmaq; Ukraynada münaqişənin Minsk razılaşmalarına əsasən həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyaya fəal şəkildə təzyiq göstərmək, həmçinin Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının işğalı; bəzi təsir sahələrinə cəlb olunmasını mümkünsüz edən geosiyasi balansa nail olmaq.
 
Düzəlişin son variantı (5 İyul 2017-ci il) 
 
(A) beynəlxalq hüququn bu sahələrdə pozulması hallarında Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin, yəni  Gürcüstan, Moldova və Ukraynanın müstəqilliyinə, beynəlxalq hüquq əsasında tanınmış sərhədləri və ərazi bütövlüyünə hörmət edilməsinə çağırırıq;
Davam etməkdə olan və donmuş münaqişələrin, həmçinin Dağlıq Qarabağ regionundakı münaqişənin dinc yolla tam həll olunması üçün diplomatik səylərin dəstəklənməsi və artırılması, insan hüquqları və ərazi bütövlüyünə hörmət etmək, gücdən istifadə etməmək və bu ərazilərdə xalqların öz müqəddəratını təyin etməsində bərabər hüquqluluğun təmin edilməsi;
Beynəlxalq ictimaiyyəti təkidlə Krımın qanunsuz ilhaqının tanınmaması siyasətini yürütməyə çağırmaq; Ukrayna münaqişənin Minsk razılaşmalarına əsasən həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyaya fəal şəkildə təzyiq göstərmək, həmçinin Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının işğalı; bəzi təsir sahələrinə cəlb olunmanı mümkünsüz edən geosiyasi balansa nail olmaq,
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı