Biləsuvarda özünü kameraya çəkərək intihar edən 16 yaşlı qızla bağlı məktəb direktorundan AÇIQLAMA

Cəmiyyət 10:50 20.06.2018

May ayının 27-də Biləsuvar rayonunun Ağalıkənd kəndində məktəbli qız özünə qəsd edib. 16 yaşlı Səkinə Məmmədova nişanlısının ona xəyanət etməsini əsas gətirərək həyətlərinin tövləsində özünü asıb. Hadisə geniş müzakirələrə səbəb olub.

Hadisənin təfərrüatlarını öyrənmək üçün kəndin səlahiyyətli şəxsləri və məktəb rəhbərliyi ilə əlaqə saxladıq.

Ağalıkənd kəndinin bələdiyyəsindən Ülfət Bağırovun verdiyi məlumata görə, Səkinə Məmmədova 7-8 ay bundan öncə nişanlanıb: “Bizdə də hadisə ilə bağlı tam dolğun məlumat yoxdur. Hüquq-mühafizə orqanları məsələni araşdırırlar. Qızın nişanlandığı oğlan da kənd adamıdır. Bizdə kəndin yetmiş faizi bir-birilə qohumdur. Qızın məcburi şəkildə nişanlanmağını da eşitməmişəm. Özü də məktəbli idi. Davamlı olaraq dərslərdə iştirak etməsə də, arada gedirdi. Yəqin nişanlandığına görə arabir gedirmiş. Məktəbdən çıxmadığı da sonradan məlum oldu. Onsuz da, bu il 9-cu sinifi bitirib məktəbdən çıxacaqmış. Oğlan tərəfdə də heç kim günah görmür. Onlar özləri qızın yas mərasimində sona qədər iştirak etdilər”.

Ağalıkənd orta məktəbinin direktoru Maarif Fətullayev isə Səkinə Məmmədovanın nişanlı olmadığını bildirib: “Səkinə məktəbimizin səkkizinci sinfində oxuyurdu, ancaq son bir ayda davamiyyəti yaxşı deyildi. Dilə gətirmək istəmirəm, amma qızın ana tərəfində psixoloji problemlər var. Onun anasının bibisioğlu, dayısıoğlunda psixi baxımdan çatışmazlıq var. Məktəbdə isə özünü yaxşı aparıb, sinif yoldaşları ilə münasibətləri yaxşı olub, fəal, şən şagird olub. Dərslərində o qədər da yaxşı olmasa da, ortabab oxuyurdu. Müəllimləri də onun ölümünə heyfslənir. Onun hərəkəti sadəcə ağılsızlıq olub.

İndi olan olub, keçən keçib. Ancaq o məsələ nişanlı söhbətinə görə olmayıb. Ortalıqda heç nişan da olmayıb. Sadəcə “aldım-verdim” söhbəti olub. Ailələr dost olub, bir-birilərinə deyiblər ki, qızım sənin, qızın mənim, vəsaalam. Səkkizinci sinif uşağına nə nişan ola bilər ki?”

Qeyd edək ki, sosial şəbəkələrdə 16 yaşlı qızın nişanlanması və özünə qəsdi geniş müzakirələrə səbəb olub. Hadisəni qınayan şəxslər yeniyetmə çağında olan bir qızın nişanlanmasının düzgün olmadığını, hadisənin qızın və ailəsinin savadsızlığı üzündən baş verdiyini əsas gətirib.(publika)


"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Hamısı