M.F.Axundov adına Milli Kitabxanada Rumıniyanın əlamətdar günü ilə bağlı tədbir keçirilib. Rumıniya səfirliyi tərəfindən təşkil olunmuş bu tədbir Rumıniyanın dövlət olaraq birləşməsinin 100 illiyilə bağlı idi.
Tədbirdə Milli Kitabxananın sədri Kərim Tahirov, Rumıniyanın səfiri Radu Maqdin, Rumıniya prezident administrasiyası nəzdində fəaliyyət göstərən Milli Muzeyin direktoru Liviu Sebastian Cikman və Azərbaycan Millət vəkili Qənirə Paşayeva çıxış etdilər. Ruminiya səfiri Radu Maqdin və Rumıniyadan gələn qonaq cənab Sebastian Cikman Rumıniyanın bu tarixi günü ilə bağlı ətraflı məlumat verdilər. Həmçinin millət vəkili Qənirə Paşayeva tədbirin təşkil olunması ilə bağlı Rumıniya səfirliyinə minnətdarlığını bildirdi və Rumıniya-Azərbaycan arasında dostluğun vacibliyini vurğuladı.
Tədbirdə eləcə də, Rumıniyanın Birləşməsinin 100 illiyilə bağlı Ruminiya kral ailəsi və zədəganların Rumıniya dövlətçiliyinin əsasının qoyulmasında rolu barədə sərgi təşkil olunmuş və kitablar təqdim olunmuşdur.