"Ərazilər minadan 300 ilə təmizlənə bilər" LİNKS-in rəhbəri - ÖZƏL

Cəmiyyət 17:18 02.07.2018

Londondakı LINKS Analitik İnstitutu - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlığı Konsorsiumuna daxil olan təşkilatın rəhbəri Dennis Sammut Azərbaycana səfəri zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edib və Fondun prezidenti Umud Mirzəyevlə görüşüb.

Eurasia Diary-nin verdiyi xəbərə görə, görüş zamanı Dennis Sammut bildirib ki, 1997-ci ildə yaradıldığı vaxtdan bu günədək LİNKS analitik institutu münaqişələrin qarşısının alınması, sülhün təşviqi kimi ideyalar, eləcə də mina təhlükəsizliyi sahəsində məlumatların toplanması və qiymətləndirilməsi üzərində işləyir.

Dennis Sammut Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) müxtəlif istiqamətdə fəaliyyəti, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıqda uğurla həyata keçirilən bir sıra humanitar layihələrin və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramları barədə məlumatının olduğunu qeyd etdi. Onun sözlərinə görə, bunların hamısı Fondun və LİNKS arasında əməkdaşlığın qurulması və dünyanın fərqli bölgələrində müxtəlif sülh prosesləri üzərində işlərin daha da inkişaf etdirilməsi üçün yaxşı bir əsas yaradır.

Öz növbəsində, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti (BAMF) Umud Mirzəyev səfər etdiyi üçün Dennis Samuta təşəkkür etdi.

Umud Mirzəyev fondun xüsusilə də sülh proseslərinə aid humanitar layihələrdə əməkdaşlıq və birgə fəaliyyətə hazır olduğunu bildirib.

"Bu gün mənim evim qonşu Ermənistanın işğalı altındadır. Mənim bütün ailəm 30 il davam edən münaqişədən əziyyət çəkib. Fond yarandığı vaxtdan biz   münaqişənin sülh yolu ilə həlli ideyasını fəal şəkildə təşviq edir və həmişə Dağlıq Qarabağ münaqişəsinin reallıqları və Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad edilməsi haqqında açıq danışmağın lazım olduğunu ifadə edirik. Susqunluq və fəaliyyətsizlik münaqişədə gərginliyin artmasına gətirib çıxara bilər", Umud Mirzəyev dedi.

Dennis Sammut Fondun prezidentinin fikirlərilə razılaşıb.

LİNKS-in Ermənistan və Azərbaycanda mina təhlükəsizliyinin qiymətləndirilməsi sahəsində fəaliyyəti barədə danışan LİNKS analitik institutunun rəhbəri bu istiqamətdə BAMF-ın geniş təcrübəsini də vurğulayıb.

"Sizin gördüyünüz işlər humanitar fəaliyyətin bir nümunəsidir. Mina təhlükəsizliyi problemi həm Azərbaycanda, həm də Ermənistanda, xüsusilə də işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik  ərazilərdə öz əksini tapıb. Bir çox hallarda minaların qurbanları hər iki tərəfdən günahsız insanlar, xüsusilə də qadınlar və uşaqlar olur ", - Dennis deyib.

Onun sözlərinə görə, Ermənistanda da iddia olunduğu kimi bütün ərazinin minadan təmamilə təmizlənməsi 300 il çəkə bilər.

Öz növbəsində, Umud Mirzəyev qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatı olaraq BAMF minadan təmizləmə sahəsində regionda və dünyada ən fəal və aparıcı təşkilatlardan biri olan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) fəal şəkildə əməkdaşlıq edir. Öz növbəsində, 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının Minadan Təmizlənmə üzrə Xidməti və Humanitar Minadan Təmizlənmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq nəticəsində BAMF minaların mənfi təsiri haqqında ətraflı hesabat dərc edib.

"Biz hərbi əməliyyatların heç vaxt baş vermədiyi Ermənistanın vəziyyətini də yaxşı bilirik. Bu faktı nəzərə alaraq bildiririk ki, 300 il deyil, maksimum 3 il müddətində Ermənistanın bütün ərazilərini minalardan təmizləmək mümkündür", - Umud Mirzəyev qeyd edib.

Tərəflər uzunmüddətli səmərəli əməkdaşlığın qurulması və gələcək humanitar fəaliyyətlərdə birgə iştirak barədə razılığa gəliblər.

LINKS - The London Information Network on Conflicts and State-building 1997-ci ilin iyulunda Londonda müstəqil, kommersiya olmayan mərkəz kimi münaqişələrin qarşısının alınması, qlobal təhlükəsizliyin təmin olunması və  beynəlxalq əlaqələrin qurulması məqsədilə yaradılıb. 15 ildən çoxdur ki, o əsas məqsədləri: münaqişələrin sülh yolu ilə həlli və əsasən innnovativ, yenilikçi layihələr çərçivəsində işləyən keçid iqtisadiyyatına malik ölkələrdə demokratiyanın inkişafına dəstək olaraq geniş sahədə tədbirlər həyata keçirib. 30-dan çox ölkədə təxminən 500 tədbir təşkil edilib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı