Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.
Şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir.
Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə və iki polis zabitinə qarşı sui-qəsd hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını İslam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.
Allahşükür Paşazadə həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuş iki polis zabitinin ailəsinə baş çəkəcək. (modern.az)