Bakının baş planı hazırlanır

Cəmiyyət 15:42 17.07.2018
Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesinə start verir.
 
Məlumata görə, bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edir.
 
1963-cü ildə yaradılmış “The Boston Consulting Group” şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyini özündə birləşdirən qlobal şəbəkəsi vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir. “The Boston Consulting Group” şirkəti ən iri konsaltinq şirkətlərindən biri olmaqla yanaşı, həm də şəhərlərin zonalaşdırılması və inkişafının planlaşdırılması, komfortlu şəhər mühitinin yaradılması, məşğulluğun transformasiyası, şəhər infrastrukturunun, turizm və nəqliyyatın, sosial sahələrin və sahəvi klasterlərin inkişaf strategiyalarının hazırlanması üzrə geniş beynəlxalq təcrübəyə malikdir və son 5 il ərzində dünyada 550-dən artıq belə layihəni uğurla həyata keçirib. Bu nüfuzlu məsləhətçi şirkəti tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır.
 
Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur.
 
Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək. Bu proses çərçivəsində dünyanın müxtəlif şəhərlərinin baş planları öyrənilərək, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə təhlil olunacaq, onun Azərbaycanda tətbiqi imkanları nəzərdən keçiriləcək. Eyni zamanda, birinci mərhələdə Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin, o cümlədən müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurətinin dəyərləndirilməsi planlaşdırılır.
 
Bununla yanaşı, gələcəkdə baş planın reallaşdırılması prosesində iştirak edəcək aidiyyəti dövlət qurumlarının Bakı şəhərinin inkişafı ilə bağlı cavabdeh olduqları sahələr üzrə planları öyrəniləcək, dəqiqləşdirilmə və uyğunlaşdırılma işləri aparılacaq.
 
Birinci mərhələdə görüləcək bu işlər nəticəsində baş planın hazırlanması prosesinə şəhərsalma və memarlıq planlaşdırılması, abidələrin qorunması, mühəndis kommunikasiya, sosial infrastruktur, ekoloji məsələlər və digər sahələr üzrə yüksək ixtisaslı, peşəkar xarici və yerli təşkilatların və ekspertlərin cəlb olunması üçün müvafiq layihə tapşırıqlarının və tələblərin hazırlanması nəzərdə tutulur.
 
İkinci mərhələdə Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.
 
Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva Bakı şəhərinin baş planının hazırlanması işinə xüsusi diqqət ayırır. Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərini rəhbər tutaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gündən-günə gözəlləşən Bakı şəhərinin növbəti illər ərzində sistemli və davamlı inkişafının, səmərəli şəhərsalma planlaşdırmasının və tənzimləməsinin, sakinlərin rahat və komfortlu yaşayışının, tarixi landşaft və mədəni irs obyektlərinin daha da ciddi qorunmasının təmin edilməsində böyük əhəmiyyəti olan Baş Planın yüksək səviyyədə tərtib edilməsi üçün mövcud olan bütün resurslarını səfərbər edəcək.
"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı