Avropa Birliyi rəsmisi Azərbaycanda keyfiyyət dəyişikliyini yüksək qiymətləndirir

Cəmiyyət 14:15 18.07.2018
16-17  iyul tarixlərində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanın müharibədən zərərçəkmiş Tərtər və Bərdə rayonlarında səfərdə olub. Səfər çərçdivəsində 16 iyul tarixində Aİ rəsmisi Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb. V. İsayev son illər  Bərdədə aqrar, təhsil, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb, müharibənin törətdiyi çətinliklərə baxmayaraq, ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər və imkanların artmasına dair fikirlər bildirib. O, Aİ –nın Bərdədə təsərrüfat imkanlarının artırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi,  peşə-təhsili sahəsində müasir  standartların tətbiqi üçün göstərdiyi təşəbbüsləri yüksək dəyərləndirdiyini ifadə edib. V. İsayev BAMF-ın uzun müddətdir ki, müharibədən zərərçəkmiş regionlarda uğurlu sosial-humanitar fəaliyyətinə toxunub və birgə əməkdaşlıq üçün imkanlardan söz açıb. “Bu gün ölkə rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq qeyri neft sektorunun inkişaf etdirilməsi istiqamətində çoxşaxəli işlər aparılmaqdadır. Biz də öz növbəmizdə Bərdə rayonunun kənd təsərrüfatı imkanlarından istifadə edib, bir neçə məhsul üzrə Bərdə brendinin yaradılması istiqamətində işlər aparırıq. Bu istiqamətdə çoxtərəfli  əməkdaşlığa və Avropa təcrübəsindən yararlanmağa hazırıq".
 
Aİ rəsmisi Bərdədə gördüklərindən məmnun qaldığını və Aİ-nın müharibədən zərərçəkmiş regionlarda peşə-təhsili istiqamətində fəaliyyətləri dəstəklədiyini bildirib. O, Aİ-nın yardımı ilə Bərdə Peşə Təhsil Məktəbinin imkanlarının artırılması istiqamətində layihənin yenicə başladığını və regionda ilk irimiqyaslı proqramlardan olduğunu vurğulayıb. K. Yankauskas ölkədə ümumilkdə keyfiyyət dəyişikliyinin həyata keçirildiyini bildirib. O, Aİ ilə Azərbaycan arasında razılaşdırılmış son sənədlərin bir sıra sahələrdə, ən əsası isə təhsil və sosial sahənin inkişafına ciddi imkanlar yaratdığını qeyd edib, qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin faydalarından söz açıb.     
 
BAMF prezidenti Umud Mirzəyev müharibədən zərərçəkmiş ərazilərdə sosial infrastruktur layihələrin əhəmiyyətinə toxunub. O, Aİ-nın qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların təhsil və peşə bacarıqlarının artırılması istiqamətində təşəbbüslərinin əhəmiyyətinə, ən başlıcası isə işğal faktının aradan qaldırılması, müharibədən zərərçəkmiş insanların öz doğma yurd-yuvalarına qayıtması, sülhməramlı aksiyalar və proqramların vacibliyinə toxunub. Səfər proqramına uyğun olaraq, Aİ rəsmisi Bərdə Peşə Təhsil Məktəbinin fəaliyyəti ilə, Bərdə rayonunda pambıqçılığın inkişafı istiqamətində görülən işlərlə və rayonun tarixi-mədəni irsi ilə yaxından tanış olub.
 
17 iyul tarixində Aİ rəsmisi və BAMF nümayəndələri Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüş zamanı Tərtər rayonunun ictimai, itqisadi potensialı müzakirə edilib, kənd təsərrüfatı sahəsində son illər görülən işlər barədə qonağa ətraflı məlumat verilib. M. Məmmədov xüsusilə keçən il buğda, pambıq və çuğundur məhsullarının yığımına görə Tərtər rayonun Azərbaycanda birinci yerdə olduğunu qeyd edərək eyni zamanda bu ildə də əkin sahələrinin artırıldığını və yerli sakinlərin kənd təsərrüfatı sahəsinə cəlb olunmasının vacib olduğunu vurğulayıb. Bundan əlavə görüşdə Tərtər rayonunda kənd təsərrüfatı ilə məşğul olan insanların ciddi su çatışmazlığı ilə üzləşdiyindən danışıldı. Xüsusən işğal altında olan torpaqlarımızda yerləşən Sərsəng su anbarından gələn suyun qarşısı kəsildiyi üçün yay aylarında yerli sakinlər öz əkin sahələrini suvarmaq üçün böyük çətinlik çəkir. Bu problem Tərtər sakinlərini həm psixoloji həm də iqtisadi çətinliklə üz-üzə qoyur. Təbii ki, bu problemin qismən aradan qaldırılması üçün dövlət tərəfindən eləcə də beynəlxalq humanitar təşkilatlar tərəfindən Tərtərdə 600 artezian su quyuları qurularaq yerli sakinlərin istifadəsinə verilmişdir. Qeyd edilən çətinliyə baxmayaraq bu gün Tərtərdə kiçik və orta sahibkarlığın inkişafına dəstək verilir. Sahibkarlar xüsusən müxtəlif tərəvəzlərin, meyvə sortlarının yetişdirilməsi və satışı ilə məşqul olurlar.   K. Yankauskas ətraflı məlumat üçün öz təşəkkürünü bildirərək, kənd təsərrüfatı ixtisaslı kadrların yetişdirilməsi, müasir innovativ metodların tətbiq edilməsi ilə məhsuldarlığın daha da artırılmasının vacib olduğunu vurğuladı. Görüşün sonunda tərəflər bir birlərinə xatirə hədiyyələri təqdim etdilər və Aİ layihələrinin qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə həyata keçirilməsinin kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə böyük töhvə verəcəyini vurğuladılar.
 
Tərtər rayonun kənd təsərrüfatı imkanları ilə daha yaxından tanış olmaq üçün qonaq, bir sıra təsərrüfat subyektlərinə baxış keçirdi. Yerli sakinlərlə müzakirələr aparıldı.
 
Aİ rəsmisinin regiona səfərinin əsas məqsədlərindən biri də BAMF ın resursları ilə, həyata keçirilən proqramlar və infrastruktur layihələri ilə daha yaxından tanış olmaq, BAMF ın ekspertləri, təlimçiləri ilə müzakirələr apararaq gələck əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi idi. Səfər çərçivəsində BAMF-ın prezidenti Tərtərdə və ətraf rayonlarda keçirilən proqramlar, layihələr və peşə yönümlü müxtəlif təlimlər barədə müfəssəl məlumat verib. Bundan sonra Aİ rəsmisi ilə BAMF-ın proqram departamentinin əməkdaşları, yerli ekspertləri ilə birgə müxəlif ideyalar ətrafında müzakirələr aparıldı.  
 
Yolda düşməzdən əvvəl K. Yankauskas səfərin təşkili ilə əlaqədər BAMF-a təşəkkür etdi. “Ötən ilin sentyabr ayında mən Azərbaycana gəldiyim zaman bildirmişdim ki, Azərbaycan yalnız Bakıdan ibarət deyil,  Azərbaycan daha böyükdür. Bunun üçün ölkənin müxtəlif bölgələrinə, şəhərlərinə gedərək orada yaşayan əhalinin həyatı barədə onların öz dilindən eşitmək lazımdır.”
 
“Beləliklə, bu iki günlük səfər mənim bura ilk səfərim deyil, amma ilk dəfədir ki, insanlarla, sahibkarlarla, rəhbərliklərlə görüşmək və müxtəlif layihələrlə, yerli əhalinin ehtiyacları ilə tanış olmaq imkanım oldu. Bir neçə ay əvvəl ilk dəfə olaraq bütün diplomatik korpusların bura səfəri təşkil olunmuşdu, daha sonra biz məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış qəsəbəsini ziyarət etdik, ancaq bu yalnız bir günlük idi və hava soyuq idi. Bu səfər isə bizim üçün gələcəyə yönəlik məsələlər, problemlər və imkanlarla tanış olmaq üçün daha çox imkanlar açmış oldu”.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı