Azərbaycanın ələ keçirdiyi erməni diversantın ruhi xəstə olmadığı təsdiqləndi FOTOLAR

Cəmiyyət 10:59 21.07.2018

Xəbər verildiyi kimi, iyulun 15-də səhər saatlarında Ermənistanın kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Əsir götürülən şəxs 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Ermənistanın müdafiə naziri David Tonoyan hadisədən dərhal sonra Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib. Ermənistan hökuməti Karen Kazaryanın hərbçi diversant olmadığını, ruhi xəstə olduğunu iddia edir. İddialarını isə “Kazaryanın davranışlarına diqqət edən onun ruhi xəstə olduğu qənaətinə gələr” kimi fikirlərlə əsaslandırmağa çalışırlar.

Musavat.com xəbər verir ki, Kazaryanın diversant kimi Azərbaycan sərhədini keçməyə cəhd etdiyi vaxt saxlandığı isə faktdır. Onun ağıldan kəm olmadığını, peşəkar hərbçi olduğunu onun əldə edilən fotoları da sübuta yetirib. Onun xüsusi hərbi geyimdə, üzərində silah olan fotoları əldə edilib və sosial şəbəkədə yayılıb. Bu, artıq ermənilərin “Karen hərbçi deyil, xəstədir” həşirini puç etmiş fakt hesab edilir.

İstefada olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, xüsusi hərbi, psixoloji təlim keçmiş hərbçilərin əməliyyatlar zamanı ələ keçirilərkən özünü ruhi xəstə kimi göstərməsi, xəstə təqlidi etməyə çalışması halları ola bilir, lakin bu, o demək deyil ki, həmin şəxs həqiqətən də xəstədir: “Karen Kazaryanın ruhi xəstə olmadığı faktdır. Ermənistanın təkzibi bu faktı dəyişmir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib və bunu da sübut edib ki, biz qarşı tərəfin mülki şəxsləri ilə heç bir mübarizə aparmamışıq və aparmırıq. O ki qaldı ermənilərin kəşfiyyat-diversiya əməliyyatlarında iştirak edən, bir çox hallarda əsgərlərimiz tərəfindən aşkarlanan, zərərsizləşdirilən, ələ keçirilən istənilən şəxslərə, bu cür hallarda dərhal Ermənistan rəsmiləri tərəfindən həmin diversantlar ”xəstə", “mülki adam” kimi təqdim olunur.

Amma ermənilər çox arsız və həyasız olduqlarına görə etdikləri axmaq addımlara da diqqət etmirlər. Axırıncı Karen Kazaryan hadisəsində də ermənilər eyni taktikanı seçiblər, lakin başqa bir addımla özlərinin yalanlarını ifşa etmiş olublar. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan Karen Kazaryanla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayıb. Onda sual olunur, əgər Karen Kazaryan mülki və ruhi xəstədirsə, nədən onunla bağlı müraciəti Ermənistanın müdafiə naziri edir? Məhz müdafiə nazirinin müraciət etməsi faktı da Karenin hərbçi diversant olduğunu bir daha təsdiqləyən faktlardandır".

Ü.Cəfərov qeyd etdi ki, ermənilər öz əsgərini xilas etmək, vəziyyətdən çıxmaq üçün hətta ATƏT-in ermənipərəst səfiri Anjey Kaspşikin köməyindən də istifadə etməyə cəhd etdilər. Amma ermənilər ortalıqda konkret sübut və faktlar ola-ola da yenə inadkarlıq edirlər ki, guya bu adam hərbçi deyil. Kazaryanın sosial şəbəkələr vasitəsilə yayılmış əlində silah fotoşəkli də onun diversant olmasını tam sübut edir.

Onu da qeyd edək ki, artıq Azərbaycanın əlində ikinci erməni diversant var. 2014-cü il dekabrın 26-da erməni diversiya qrupunun üzvü Arsen Baqdasaryan qoşunların təmas xəttini keçib təxribata cəhd edərkən Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə Azərbaycana qarşı cinayət törətdiyini etiraf edib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov artıq ikinci erməni diversantın əsir düşməsinin Ermənistanı çətin duruma saldığını bildirdi: “Artıq hesablar bərabərdir. Bu gün azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin iki erməni hərbi kəşfiyyatçısı Arsen Baqdasaryan və Karen Kazaryanla dəyişdirilməsi barədə danışıqlara başlamaq olar. Düşünürəm ki, bu məsələdə ilk növbədə Ermənistan tərəfi maraqlı olmalıdır. Çünki Dilqəm və Şahbaz yaşlı mülki insanlardır və öz doğma rayonlarını ziyarət ediblər və bu zaman qanunsuz olaraq saxlanılıblar. Arsen və Karen isə gənc və peşəkar hərbi kəşfiyyatçılardır və Azərbaycan ərazisinə qanunsuz daxil olaraq təxribat törətməyə çalışıblar. Azərbaycan tərəfinin hələ bir neçə ay bundan əvvəl əsirlərin dəyişdirilməsi ilə bağlı çağırışı bu gün də aktualdır. Düşünürəm ki, Ermənistanın yeni hökuməti bu məsələdə daha praqmatik düşünəcək və əsirlərin dəyişdirilməsinə adekvat cavab verəcəklər. Yaxın vaxtlarda bu məsələnin öz həllini tapacağına inanıram”.

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı