Xəbər verdiyimiz kimi, dünən Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. And içən gənc əsgərlər arasında Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də olub.
Eurasia Diary Unikal.org-a istinadən xəbər verir ki, Heydər Əliyevlə and içən əsgərlər arasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi də olub. Xalq şairinin qız nəvəsi olan Fikrət Qocayev babasının adını daşıyır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalq şairi Fikrət Qoca ilə görüşüb, nəvəsinə hərbi xidmətdə uğurlar arzulayıb.