Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycanda, Bakıda Şəhidlər Xiyabanının yaxınlığındakı "Şəhidlər" məscidində cümə namazı qılıb.
Eurasia Diary Sputnik-ə istinadla xəbər verir ki, TBMM sədrini Qırğızıstan Məclis sədri Dastanbek Cumabekov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə müşayiət edib.
Binəli Yıldırım namazdan sonra əhaliyə ehsan paylayıb.