Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərenerji Açıq Səhmdar Cəmiyyətinə edilən yeni təyinatdan sonra bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat yayıb. O bildirib ki, hazırda bütün enerji obyektlərinə kompleks baxış keçirilir:
Çevik və təkmil idarəetmə mexanizminin qurulması üçün yeni struktur üzərində işlər aparılır. Eyni zamanda, kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə olunması kimi vacib məsələlər diqqət mərkəzindədir”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sentyabrın 4-də Azərişıq ASC sədri Balababa Rzayevi “Azərenerji” sədri vəzifəsinə təyin edib.