Cənubi Koreyada keçirilən 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin (WMI - World Mathematics Invitational) qalibləri müəyyən olub.
Eurasia Diary xəbər verir ki, İnçeon şəhərində baş tutan müsabiqədə Güney Azərbaycanın Urmiya şəhərindən olan Zəhra Zaviyə müsabiqədə birinci yeri tutaraq qızıl medala layiq görülüb:
“Urmiya şəhərindən olan Zəhra Zaviyə İran şagirdləri komandasının üzvü kimi elmi rəqabətdə qızıl medala layiq görüldü. O, Urmiyanın “Fərzanəqan” orta məktəbinin şagirdidir”, - deyə Urmiyanın 1-ci Məntəqə Təhsil Şöbəsinin rəisi Qəhrəman Əşrəf Nəcəfabad qeyd edib.