Sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib.
Ərazidə ümumi stabil gərginlik qalmaqdadır.