Yaxın 2 gün ərzində ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabahdan etibarən havanın temperaturu bu günlə müqayisədə yüksələcək:
“Dekabrın 11-i və 12-də havanın temperaturu bu günlə müqayisədə 2-4 dərəcə yüksələcək. Ölkə ərazisində cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq. Ümumiyyətlə, hava şəraitinin ciddi dəyişikliyi gözlənilmir. Gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, səhər saatlarında zəif duman olacağı istisna edilmir”.
G.Məmmədova yaxın iki gün ərzində ölkə ərazisində qar yağmayacağını da bildirib.