İŞİD terrorçusu ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov...

Cəmiyyət 09:59 15.01.2019

Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşməkdə ittiham olunan 40 yaşlı Bakı şəhər sakini “Abu Cihad” ləqəbli Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, ittiham aktına əsasən  Eldəniz Məmmədov Suriyada dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə 13 iyun 2013-cü ildə Türkiyənin Hatay vilayətinə, oradan da Suriyanın Artma şəhərinə gedib. Artmada “Abu Hamza” nın rəhbərlik etdiyi,  “Ceyşül Mühacirun” və “Abu Hanif Dağıstani”nin rəhbərlik etdiyi, qərargahı Hələbdə yerləşən  silahlı qruplaşmaların tərkibinə daxil olub.

2014-cü ilin yanvar ayınadək E.Məmmədov Suriya silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. Həmin il yanvarın axırında Azərbaycana geri qayıdıb. Təxminən bir il sonra yenidən Suriyaya geri dönüb. Bu dəfə  Suriyanın şimalındakı Cerablus bölgəsinə  üz tutan E.Məmmədov “Yasir” ləqəbli İŞİD komandirinin Tapka rayonunda fəaliyyət göstərən terrorçu qruplaşmasına qatılıb. Daha sonra isə Raqqada “Xaris” ləqəbli İŞİD-çinin dəstəsində döyüşüb.

Ordudan ayrılıb, həbsə girib...

İttiham aktında E.Məmmədovun bioqrafiyası da yer alır. Orada deyilir ki, “Abu Cihad” C.Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra 1996-cı ildə Ali Hərbi Dənizçilik məktəbinə daxil olub. 2005-ci ilə qədər ayrı-ayrı hərbi hissələrdə ərzaq-əşya xidməti rəisi vəzifəsində işləyib. 2005-ci ilin aprelində isə öz istəyi ilə hərbi xidmətdən ehtiyata buraxılıb.

Ehtiyata buraxıldıqdan bir müddət sonra qanunsuz silah saxlama və digər əməllərinə görə 7 il 7 ay müddətinə həbs cəzası alıb. 2012-ci ildə azadlığa buraxılıb. Həbsdən çıxdıqdan sonra E.Məmmədov 9 saylı cəzaçəkmə müəssisəsində tanış olduğu Vasif Xudaverdiyevin Suriyaya gedərək İŞİD-in tərkibinə qatıldığını öyrənib. “Skype” vasitəsilə onunla əlaqə yaradıb. Vasif ona Suriyada vəziyyətin yaxşı olduğunu deyərək cihada dəvət edib. E.Məmmədov belə qərara gəlib ki, şəriətin hakim olduğu torpaqlara getməli və kafir qüvvələrə qarşı mübarizə aparmalıdır.

 

Suriya cəhənnəminə gedən yolun başlanğıcı

“Abu Cihad” istintaqa verdiyi ifadəsində göstərib ki, həmin məqsədlə 2013-cü ilin yayında Bakıdan Türkiyəyə yola düşüb. Hatay vilayətinə çatdıqdan sonra Vasifin əvvəlcədən əlaqə nömrələrini verdiyi insan qaçaqçıları ilə əlaqə saxlayıb, onların köməkliyi ilə Türkiyə - Suriya sərhəddini qanunsuz keçərək Artma şəhərinə gedib.

Orada “Abu Hamza”nın rəhbərlik etdiyi “Ceyşul Muhacirun”, “Abu Hanif Dağıstani”nin rəhbərlik etdiyi “Şuhada” adlı silahlı cihadçı qrupların tərkibinı daxil olub. Suriya silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə, sərhəd postlarının mühafizəsində iştirak edib. Gündəlik geyim və yeməklə təmin edilib.

Təqsirləndirilən şəxsin ifadəsindən: “Yeni gələnlərə odlu silahdan istifadə barədə təlimlər keçirilirdi. Mən ilk dəfə Suriyaya çatıb cihadçılara qoşulanda Ramazan ayı olduğundan təlimlər dayandırılmışdı. Ona görə də “Ceyşul Muhacirun” da olduğum müddətdə hərbi təlim almamışam. Ramazan ayı bitəndən sonra həmin qrupdan ayrıldım. Hərbi təlimlərdə iştirak etməmişəm, yalnız dini təlimlərdə iştirak etmişəm”.

 

Azərbaycana qayıdıb, bir il sonra yenidən Suriyaya dönüb...

E.Məmmədov həmçinin ifadəsində göstərib ki, hərbçi olduğundan heç bir təlimlərdə iştirak etmədən birbaşa İŞİD-in tərkibindəki “Şuhada” silahlı qruplaşmasına qoşulub. Bir müddət sonra isə qrup rəhbərindən ailə üzvlərini görmək üçün icazə alaraq Azərbaycana qayıdıb. Bir ilə yaxın Azərbaycanda qalan Eldəniz Suriyaya geri qayıtmaq üçün bu dəfə Ukraynanın Kiyev şəhərini seçib. İŞİD üzvlərinin vasitəsilə tanış olduğu Müslüm adlı şəxslə əlaqə yaradıb. Müslüm 300 dollar müqabilində onun üçün Tacikistan vətəndaşına məxsus saxta pasport düzəldib.

Həmin sənədlə “Abu Cihad” Ukraynadan Türkiyəyə, oradansa Suriyanın Cerablus şəhərinə gəlib. Həmin dövrdə Cerablus tamamilə İŞİD qüvvələrinin nəzarətində olub. İŞİD-in paytaxtı Raqqaya üz tutan Eldəniz oradakı şəriyət-təlim-tədris mərkəzinə yerləşdirilib. Azərbaycandan olan cihadçılarla birgə şəriət qanunları barədə dərs alıb: “Mənə yalnız dinin əsas qaydaları bardə dərs keçiblər. Tədris başa çatdıqdan sonra Raqqa bölgəsinin Tapka şəhərinə göndərilmişəm”.

Tapkada isə o, “Yasir” in rəhbərlik etdiyi 100 nəfərdən ibarət qruplaşmaya daxil olub. Onunla birgə həmin qruplaşmada “Abdulla Ləzgi”, “İbrahim Ləzgi”, “Abu Rayya”, “Abu Turab Ləzgi”, “Abu Kamal Azəri” Azərbaycan vətəndaşları da olub. Onlar aktiv döyüş əməliyyatlarında iştirak ediblər. İlk döyüşdə “Yasir” və adları hallanan azərbaycanlılar da daxil olmaqla qruplaşma üzvlərinin əksəriyyəti həlak olublar. Bundan sonra onları Rakkaya göndəriblər.

 

“Ara-sıra PKK ilə atışmalar olurdu...”

E.Məmmədovun ifadəsinə görə, milliyyətcə türk olan “Xaris”adlı ekstremisti “Yasir”in qrupuna rəhbər təyin ediblər. Bu qruplaşmanın tərkibində Raqqa bölgəsindəki “Cəriyyədə” qəsəbəsinin mühafizəsində iştirak edib. Ərazinin mühafizəsi zamanı ona avtomat silah verilib: “Döyüş növbəsi üç-dörd saat olurdu. Növbədə olduğum zaman ara-sıra PKK qüvvələri ilə atışmalar, xırda döyüşlər baş verirdi”.

“Abu Cihad” məhkəməyə verdiyi ifadəsində Suriya ərazisində heç bir döyüşlərdə iştirak etmədiyini, atışma zamanı silahla özünü qoruduğunu deyib. Lakin istintaqa verdiyi ilkin ifadəsində qruplaşmada olduğu müddətdə ona avtomat silah verildiyini, döyüşlərdə iştirak etdiyi zaman həmin silahdan istifadə etdiyini, iki ay “PKK” terror qruplamasına və koalisiya qüvvələrinə qarşı döyüşdüyünü göstərib. Sonrakı ifadələrində isə elan olunan ittihamlarla özünü təqsirli bilməyib. Suriyada olduğu müddətdə odlu silah daşıdığını, həmin ərazidə yaşayan hər kəsin özünü müdafiə etmək üçün odlu silahdan istifadə etdiyini, İŞİD-in tərkibində döyüşmədiyini, ümumiyyətlə heç bir döyüşdə iştirak etmədiyini, əvvəlki ifadələrində yalan danışdığını, lakin bunun səbəbi barədə ifadə vermək istəmədiyini göstərib.

 

Cihadçılar bir-birlərini ləqəbləri ilə tanıyıblar

O, həmçinin ifadəsində göstərib ki, İŞİD-ə qoşulan mücahidlər bir-birini əsasən dini ləqəbləri ilə tanıyıblar. Hər kəsə yalnız onun ləqəbi ilə müraciət olunub. Bu səbəbdən də ayrı-ayrı şəxslərin adı və soyadı demək olar ki, bilinmir. Bundan əlavə kiminsə anket müəyyənedici məlumatları ilə maraqlandıqda həmin şəxsə şübhə ilə baxırlar və casusluq etməkdə şübhəli bilirlər.

Dediyinə görə Suriyada döyüşəndə ona  İŞİD terror təşkilatı tərəfindən ayda  50 dollar pul verilib. Təxminən bir ilə yaxın həmin qruplaşmanın tərkibində döyüşdükdən sonra ailə üzvlərinin təkidi ilə Azərbaycana qayıtmağı qərara alıb. İcazəsiz olaraq İŞİD-dən ayrılmağa cəhd etdiyinə görə İŞİD polisi tərəfindən saxlanılaraq üç ay həbsdə qalıb. Oradan azad olunduqdan sonra isə 2016-cı ilin dekabrında tanımadığı qaçaqçı 1000 dollar müqabilində onu Azez qəsəbəsindən Türkiyənin Kilis şəhərinə keçirib. Bir müddət orada qaldıqdan sonra Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və Azərbaycana deport edilib.

 

“Əbu Cihad” həm də populyar bloqqer olub

Qeyd edək ki,  “Abu Cihad” həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan “İnstagram” səhifəsini idarə edib. O,  sosial şəbəkə hesabları barədə istintaqa verdiyi ifadəsində göstərib ki, 2013-cü ildən etibarən “Facebook”, “İnstagram” və s. sosial şəbəklərdə hesabları, şəxsi səhifələri olub. Həmin səhifələrdən Suriyada olarkən ailəsi və Azərbaycandakı tanışları ilə əlaqə saxlayıb. “İnstagram”da yaradılan “abu cihadddd” adlı səhifə onun istifadəsində olub. Həmin səhifədəki foto və videofayllar Suriyada çəkilib və onun tərəfindən paylaşılıb.

Lazım istintaqa gəldi, ifadə verdi: “Oğlum demişdi Türkiyədə işləyir”

E.Məmmədovun atası, şahid qismində dindirilən Lazim Məmmədov ifadəsində  deyib ki, oğlu Eldəniz ona həbsdən çıxdıqdan sonra 2013-cü ildə işləmək məqsədilə Türkiyəyə getdiyini demişdi. Və Eldəniz  bir neçə dəfə onlarla əlaqə saxlayaraq mağazalardan birində rus dili üzrə tərcüməçi işlədiyini deyibmiş.

“2014-cü ilin yanvar ayına qədər Eldənizin Suriyaya keçməsi və silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı məlumatım olmayıb. Elə bilirdik ki, Türkiyədədir. Çünki zəng vuranda bizə orada olduğunu deyirdi”-atası deyib.

L.Məmmədov ifadəsində göstərib ki,  oğlu geri qayıtdıqdan sonra Bakıda ara-sıra ticarətlə məşğul olub. Sonra isə işləmək adı altında Ukraynaya gedib. Dörd ay oğlu ilə əlaqə saxlaya bilməyib. Sonradan Eldəniz özü zəng vuraraq atasına Suriyada olduğunu bildirib.

“Fərat çayında çimirdi, dedi bu çay Cənnətdən başlayır....”

Lazımın ifadəsindən: “Başa düşdüm ki, qaçıb silahlı birləşmələrə qoşulub. Ona acıqlandım, bu hərəkətinin düzgün olmadığını, orada baş verənlərin bir oyun olduğunu, onu aldatdıqlarını dedim. O, isə eyni şeyləri təkrarladı. Bu danışıqdan sonra Eldəniz bir dəqiqəlik video göndərdi. Videogörüntülərdə Fərat çayında çimdiyi görünürdü. Zəng vurub Fərat çayında çimdiyini, bu çayın başlanğıcını Cənnətdən götürdüyünü dedi. Yenə də acıqlanıb dedim ki, sənin Suriyada nə işin var, qayıt gəl. Mənə qulaq asmadı. Bu danışıqdan beş-altı ay sonra özü zəng vurub Türkiyədə olduğunu dedi”

Məhkəmənin hökmü ilə E.Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki,  İŞİD-in və Suriyada, İraqda fəaliyyət göstərən digər terrorçu qruplaşmaların sıralarında döyüşən yüzlərlə Azərbaycan vətəndaşı öldürülüb. Onlardan bir qismi salamat Azərbaycana qayıtmağa nail olsalar da həbs ediliblər və uzunmüddətli cəzalara məhkum ediliblər.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı