Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İraq mətbuatında dərc olunub

Cəmiyyət 11:17 21.01.2019

İraqın Samar News Beynəlxalq Xəbər Agentliyi, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvarda, Azərbaycanın azadlığı uğrunda qurbanları” sərlövhəli məqaləsi yayılıb.

Eurasia Diary xəbər verir ki, müəllif, Azərbaycanda hər il yanvar ayında "Qara Yanvar" faciəsinin ildönümünü qeyd edildiyini bildirmişdir. O, millətin sərvətlərini talamağa və təbii resurslarını ələ keçirmək və xalqları alçaltmağa cəhd edən müstəbid qəddar hakimiyyətlərin əlindən uzaq, öz müqəddəratını təyin etmək istəyən dünyanın digər azad xalqları kimi Azərbaycan xalqı da azadlıq və ləyaqətli həyat uğrunda qətlə yetirildiyini diqqətə çatdırmışdır.

S. Nəsirov yazır ki, 1990-cı ildə Şərqi Avropa, Orta Asiya, Pribaltika və Qafqaz ölkələrində dəyişiklik küləkləri əsəndə “dəmir yumruq” sistemi də çökməyə başladı. Yanvarın iyirmisinə keçən gecə Sovet qoşunları paytaxt Bakı küçələrinə axışmış və Azadlıq meydanında Sovet İttifaqından azad olmağı və müstəqilliyi tələb edən silahsız insanlara qarşı vəhşi və qanlı hücum həyata keçirdi. Sovet Qüvvələri dağılmaqda olan kommunizm rejimini qorxu və istibdad siyasətinin köməyi ilə xilas etmək üçün uğursuz cəhd etdi. Kreml rəhbərləri 1922-ci ildən bəri hakimiyyətləri altında olan sakinlərə qarşı 70 il bir dövrdə bu siyasəti tətbiq edirdilər. Sovet qoşunları Sovet İttifaqının tərkibində olan başqa dövlətlərin əhalisinə etmədikləri qəddar ifrat gücü Azərbaycanın müsəlman əhalisinə qarşı tətbiq etdilər.

Diaspor rəhbəri qeyd edir ki, Misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Haqq əl-Murr” (Acı həqiqət) kitabında bu hadisələri şərh edərkən qeyd etdiyi sözünü xatırlayıram: “Pribaltika dövlətlərinin - Estoniya, Latviya və Litvanın və Sovet İttifaqının digər qeyri-müsəlman xalqları azadlıqlarını və öz müqəddəratlarını təyin etməyi tələb edəndə heç bir əzaba məruz qalmadılar. Onlarla yaxşı davrandılar və onlara azadlıq və müstəqillik verdilər. Lakin müsəlman Azərbaycan xalqı özünün qanuni haqqını tələb edəndə onları qırdılar və qətl etdilər”. Bu, açıq-aydın ədalətsizlikdir, ikili standartlardır və xalqları inanclarına görə sıralayır.

Müəllif 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verərək vurğulayır ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

S.Nəsirov məqalənin sonunda insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğunu vurğulayır. Qeyd edilir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
Hamısı