Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ
Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdəki nümayəndəliyinin rəhbəri cənab
Cey Sinkhi və qurumun İdarəçilik və iqtisadi dayanıqlıq şöbəsinin direktoru xanım Aylin
Şivan Loulesi qəbul edib.
Görüşdə USAID və Şura arasında əməkdaşlıq məsələləri, eləcə də QHT
sektorunun inkişafına xidmət edən birgə layihələrin həyata keçirilməsi barədə
müzakirələr aparılıb.