Bakıda sərnişin avtobusunun iştirakilə baş verən zəncirvari qəzanın təfərrüatları məlum olub.
Hadisə şahidləri Azvision.az -a bildiriblər ki, qəzaya 40 nömrəli sərnişin avtobusu səbəb olub. Belə ki, yüksək sürətlə hərəkətdə olan avtobus "VAZ 21 07" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində ümumilikdə 4 avtomobilə ziyan dəyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə "Ramal" Ticarət Mərkəzinin qarşısındakı yolda qeydə alınıb.
***
Qara Qayarev prospektində, "8-ci kilometr bazarı"nın önündə 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10 TG 826 dövlət nömrə nişanlı avtobusu zəncirvari qəza törədib.
Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan dayanan VAZ-21O7, “Nissan” və BMV markalı avtomobillərə çırpılıb.
Nəticədə 4 maşına ciddi ziyan dəyib, yaralananlar var.
Hadisə yerinə çoxsaylı təcii yardım və xilasetmə maşınları cəlb edilib.
Qəza nəticəsində Qara Qarayev prospekti şəhər istiqamətində tamamilə bağlanıb.