Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı

Cəmiyyət 21:30 22.03.2019

Onu Çikaqoda yaşayan azərbaycanlıların hamısı yaxşı tanıyır, nüfuzlu soydaşlarımızdandır. Heç vaxt cəmiyyət yaratmaq fikrində də olmayıb, amma necə deyərlər, yüz cəmiyyətin, min icmanın işini görür. Haqqında söhbət açdığım Emin Səfərov 1974-cü ildə Bakıda dünyaya gəlib. 1991-ci ildə 152 nömrəli məktəbdə orta təhsilini başa vuraraq indiki Azərbaycan Dillər Universitetinə qəbul olunub. 1996-cı ildə oranı ingilis, fransız dilləri müəllimi ixtisası ilə bitirib. Tələbə olarkən 1994-1995-ci illərdə baş ofisi Belçikada yerləşən "Sərhədsiz həkimlər" təşkilatının xətti ilə dəfələrlə Qarabağ bölgəsində olub, tərcüməçi kimi fəaliyyət göstərib. 1995-1997-ci illərdə Azərbaycanda ilk beş ulduz otel- "Həyat Recensi"də menecer işləyib. 1997-ci ildən 1998-ci ilin ortalarınadək "Hollandiya Kral Hava Yolları"nın Azərbaycandakı ofisinin satış üzrə meneceri olub. 1998-ci ilin sentyabr ayından Amerikadadır. Əvvəlcə beş il Pensilvaniya ştatının Ridinq şəhərində məskunlaşıb. 2003-cü ildən İllinoy ştatının Çikaqo şəhərində yaşayır. Uzun illərdir ki, "Western & Southern Financial Group" sığorta şirkətində çalışır. O, burada satış üzrə agentdən satış üzrə menecer vəzifəsinədək yüksələ bilib…

…Atası Vaqif kişi təqaüdə çıxana qədər diş texniki işləyib, 75 yaşı var. Yeri gəlmişkən, Eminin əmiləri tanınan ziyalılardır. Bir əmisi Firudin Səfərov "Özbəkistanın Xalq Artisti" fəxri adına layiq görülüb, Nəvai adına Özbəkistan Dövlət Dram Teatrının quruluşçu rejissorudur. Bir başqa əmisi isə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Aydın Səfərovdur… 
Anası Zülfiyyə xanım isə "Bakı Gəmi Limanı"nın iqtisadçısı olub, 70 yaşındadır. Yeganə bacısı Diana xanım "AZAL"ın ABŞ üzrə meneceridir, Nyu Yorkda yaşayır…

Deyir ki, "Arzularım çoxdur. Övladlarıma yüksək təhsil vermək, onları xoşbəxt və əsl azərbaycanlı kimi görmək istəyirəm. Amma ən böyük arzularımdan biri də odur ki, azərbaycanlılar bir olsunlar"…

Çikaqoda vətənimizlə bağlı iki təşkilat var. Bu təşkilatların bütün tədbirlərində fərq qoymadan yaxından iştirak edir. Məsələn, ötən il Əhməd Obalının rəhbərlik etdiyi cəmiyyət Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri təşkil etmişdi. Tədbirin təşkilat komitəsinin üzvü kimi Eminin müxtəlif ştatlarda yaşayan soydaşlarımızın həmin tədbirə qatılmasında böyük rolu olub…

2008-ci ildən "Facebook"da "AzeriChicago" qrupuna rəhbərlik edir. Qrupun 1500-ə yaxın fəal üzvü var və Çikaqoda yaşayan 500-dən yuxarı azərbaycanlının böyük əksəriyyəti də həmin qrupdadır. Çikaqoda, eləcə də ABŞ-ın digər bölgələrində və Azərbaycanda yaşayan soydaşlarımız bu qrup vasitəsi ilə lazım olan məlumatları ala bilirlər…

…Ömür-gün yoldaşı Sevinc xanım ixtisasca ingilis dili müəllimidir. Emin bəyin işlədiyi şirkətdə ofis meneceri vəzifəsində çalışır. İki oğlu var, böyük oğlu Dəniz 11, ikinci oğlu Tamerlan isə 6 yaşındadılar…

Hazırda yaşadığı və o vaxt yolu tez-tez düşdüyü Çikaqonun Skoki qəsəbəsində bayraq meydanı var. Burada bir çox ölkələrin, o cümlədən ermənistanın da bayrağı dalğalanır. Azərbaycan bayrağının həmin meydanda olmadığını görən Emin, qəsəbə rəhbərliyinə müraciət edir. Məlum olur ki, Skokidə hər ilin may ayında keçirilən beynəlxalq mədəniyyət festivalında iştirak edən insanların təmsil etdiyi ölkələrin bayraqlarıdır. Emin Səfərov 2014-cü ildə ilk dəfə ölkəmizin də həmin tədbirdə təmsil olunmasına nail olur. Çadırlardan biri azərbaycanlılar üçün ayrılır. Çikaqodakı ictimai fəallar Əli Əzimov, Yavuz Əlili və Teymur Mehmandarovla birlikdə çadırı elə bəzəyirlər ki, Azərbaycan həmin festivalın qalibi olur. Və elə o vaxtdan da üç rəngli bayrağımız 6 ildir ki, Skokidə dalğalanır…

O, həm də soydaşlarımız arasında bir canlı körpü rolunu oynayır. Həmfikirlərini bir araya gətirərək müxtəlif ştatlara səfər edirlər. Həmin səfərlərdə internetlə axtarıb tapdıqları azərbaycanlılarla yaxından tanış olur, dostluq əlaqələri qururlar. Məsələn, bu günlərdə "Azerbaijanis in Minnesota" icmasının rəhbəri Günel Musəvinin təşkil etdiyi Novruz şənliyində onun səyi nəticəsində Çikaqodan təxminən 30 soydaşımız iştirak edib.
Hər yay "AzeriChicago" qrupunda elan verərək Çikaqoda yaşayan azərbaycanlı ailələrini kempinqə səsləyir. Çağırışa qoşulan ailələr bir neçə gün təbiət qoynunda, çadırlarda qalaraq istirahət edirlər. Bunadan əlavə tenis oynamağı xoşlayır və hər bazar günü gənclər arasında futbol turniri düzənləyir.
Nə isə, bu insanın bir amalı var: Nəyin bahasına başa gəlirsə gəlsin, amma azərbaycanlılar arasında mehriban münasibət və birlik olsun…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Hamısı